Türkçülük

Türkçülük;

images (2)

Türkçülük, Türk millətini yüksəltmək deməkdir.
Ziya Gökalp

Gökalpın fikirincə Türkçülük siyasi bir partiya deyildir. elmi, fəlsəfi, stetik bir məktəbdir. Başqa bir deyimlə, kültürlə bağlı bir çalışma və yeniləşim yoludur. Türkçülüyün siyasi mahiyyət daşımadığını görkəmli ictimai xadim və şair Əlibəy Hüseynzadə də vurğulayır. Bununla birlikdə, Türkçülük büsbütün siyasi məfkurəlerə də biqanə qalmır. Ona görə ki, Türk külütürü digər məfkurələr ilə birlikdə siyasi mefkurələr də malikdir. Məsəla, Türkçülük heç bir vaxt klerikalizm, teokratiya zülm rejimi ilə sazişə girə bilməz.

Türkçülük çağdaş bir axımdır və ancaq çağdaş mahiyyət daşıyan axımlar və məfkurələr ilə sazişə girə bilər. Böyük Türk sosyoloqu Ziya Gökalp Türkçülük axımının ortaya çıxmasını ictimai hadisə adlandırır və bu hadisənin izahında tarix materyalizmi və ictimai məfkurəçilik baxışlarına aid iki zidd nəzəriyyəni qaşımıza qoyur: Birinci nəzəriyyəyə görə Türkçülük yalnız iqtisadi səbəblərdən doğmuşdur. Və ikinci nəzəriyyəyə görə, Türkçülük axımının doğması ictimai quruluşun dəyişikliyə uğramasından irəli gəlmişdir. Ziya Gökalp əlavə edir: Türkçülüyün ilk əsaslarından biri “Xalqa doğru” prinsipidir. Xalqa doğru getmək isə seçginlərin (seçilmiş adamların) üzərine düşür. Seçginlər burada iki görəvi daşımalıdırlar. Birincisi xalqın içində yaşayaraq, ondan milli kültürü bütünlüklə almaq, ikincisi xalqa mədəniyyət aparmaq.

Ziya Gökalpa görə, xalqda mədəniyyət yox milli kültür var. O, milli kültürlə mədəniyyət arasında oxşarlıqları və fərqlilikləri belə izah edir:
Milli kültür ilə mədəniyyət arasında həm bir birləşmə yeri, həm də ayrılıqlar vardır. Kültür ilə mədəniyyət arasında birləşmə yeri ikisinin də bütün toplumsal həyatları içlərinə almasından ibarətdir. Toplumsal həyatlar bunlardır: Din, əxlaq, hüquq, ağıl, stetika, iqtisadiyyat, dil və texnika ilə bağlı həyatlar bu səkkiz növ toplumsal həyatın toplamına cəmiyyətdə kültür adı verildiyi kimi, mədəniyyətdə deyilir. Kültür ilə mədəniyyətin arasındakı ayrılıqlar bundan ibarətdir ki, birincisi kültür milli olduğu halda, mədəniyyət uluslararasıdır. Kültür yalnız bir millətin din, əxlaq, ağıl, stetika, dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütündür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox bütünüdür. Məsəla, Avropa və Amerika mədəniyyət dairəsində bütün Avropalı millətlərin ortaq bir qərb mədəniyyəti vardır. Mədəniyyətin içində biri-birindən ayrı və bağımısız bir İngilis kültürü, bir Fransız kültürü, bir Alman kültürü və s . mövcuddur. Biz Güney Azərbaycan Türklərinə Türkçülüyü aşılamaq üçün millətimizdə milli şüur oyatmalıyıq. Ona görə ki, ümumi bir qayda olaraq, tarix göstərir ki, hansı millətde milli şüur oyanıbsa o millətdə tərəqqi və təkamül axımı yaranıb və hər şey yüksəlməyə başlayıb və o, millət müstəmlekə olmaq təhlükəsindən əbədi olaraq yaxa qurtarıb. Bunun ən bariz nümunələrindən Avropalılardırlar. Bu millətlərdə milli şüurun oyandığına görə Avropanın heç bir ölkəsində müstəmlekə yaratmaq mümkün deyildir.

Biz mədəniyyətdə Avropa millətlərindən geri qalsaqda, kültür yönündən heç bir milləti özümüzdən üstün bilmirik. Bizə görə, Türk kültürü, dünyaya gəlmiş və gələcək kültürlərin ən gözəlidir. Buna görə də, nə Fransız, nə Alman nə də başa hər-hansı kültürünün təqlidçisi və əsiri olmağımız mümkün deyildir. Biz onları da digər kültürlər kimi yalnız, millətlərinə məxsus xüsusi kültür hesab edirik. Onlardan da başqa kültürlər kimi eqzotik-qarışıq bir zövqlə ləzzət alırıq. Türkçülük bütün eşqi ilə yalnız öz orjinal kültürünə vurğun olmaqla bərabər, şovinist və fanatik deyildir. Qərb mədəniyyətini tam və nizamlı surətdə almağa girişdiyi kimi, heç bir millətin kültürünə qarşı laqeydliyi və saymazlığı da yoxdur. Əksinə bütün milli kültürlərə dəyər verib və hörmət edirik, hətta bir çox pisliklərini gördüyümüz millətlərin belə, siyasi təşkilatlarının sevməməklə bərabər, mədəni və kültürəl əsərlərinə hörmət edib, mütəfəkkirlərinə və sənətkarlarına qarşı sayğı ilə yanaşırıq. Bizə görə Türkçülüyün məqsədi Türk milli kültürü və milli şəxsiyyəti yaratmaqdır. Bu məfkurə inanc özgürlüyü və qərb mədəniyyəti ilə tamamlanır.