0:20:08 - Pazar 21 Tem 2013
  -   Balatarin ǘ
Bayraq
Güney Azərbaycan Milli Bayrağı “Bayrağımız milli kimliyimizin üsarə və xülasəsidir. Dalqalanan bayraq, bir millətin hür və azad olduğunu isbatlamaqdadır.” –Dr. Çöhrəqanlı Öncəliklə nədən Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağa ehtiyac duyduğunu analiz etməkdə fayda var. Birləşik Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlər rəsmi bayraqlarıyla uluslararsı ictimaiyətdə (qamuoyunda) təmsil edilməkdədirlər. Uluslarası qanun və normlara əsasən bir […]

Güney Azərbaycan Milli Bayrağı

iWPCc-13.gif

“Bayrağımız milli kimliyimizin üsarə və xülasəsidir. Dalqalanan bayraq, bir millətin hür və azad olduğunu isbatlamaqdadır.” –Dr. Çöhrəqanlı

Öncəliklə nədən Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağa ehtiyac duyduğunu analiz etməkdə fayda var.

Birləşik Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlər rəsmi bayraqlarıyla uluslararsı ictimaiyətdə (qamuoyunda) təmsil edilməkdədirlər. Uluslarası qanun və normlara əsasən bir dövləti rəsmi olaraq təmsil edən bayrağı yalnızca o dövlətə mənsub olan vətəndaş, şəxs, qurum, və ya quruluşlar özlərini təmsil etmək üçün dalqalandıra bilərlər, əksi təqdirdə bu hüquqsuzluq və qanunsuzluqdur. Örnək olaraq günümüzdə dövləti olmayan Uyqur Türkləri, Əraq Türkmənləri, və ya Suriyə Türkmənləri özlərini dünya səviyəsində tanıdmaq və təmsil etmək üçün Türkiyə və ya Türkmənistan bayraqlarını dalqalandıra bilmirlər. Özlərinə məxsus bayraqlarını öz millətlərini təmsil etmək üçün dalqalandırmaq məcburiyyətində qalmaqdadırlar.

Yuxarıda vurquladığımız qonu çox həssas və önəmlidir, eyni zamanda Güney Azərbaycanımız üçün də geçərlidir. Nə qədər Güney Azərbaycanımız Azərbaycanın düşmən (Fars və Rus hakimiyyətləri) əliylə ayrılmış bir parçası olsa da bu gün otuz beş milyon Güney Azərbaycan Türkü soydaşımız özlərini uluslararası qanunlara əsasən Quzey Azərbaycanımızın rəsmi dövlət bayrağı ilə təmsil edə bilməzlər.

Zamanında bütün bunları bilən və şəraiti öncədən sezən vətən oğulları varıydı. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) başladıcısı və öndəri Dr. Mahmudəli Çöhrəqanlı, və onun mənəvi oğlu, ən yaxın dostu, sırdaşı, və ilk GAMOH Gənəl Başqan Yardımcısı ulusal şəhidimiz Muhəndis Qulamrıza Əmani 1995-1997 illəri arasında Güney Azərbaycan bayrağımızın indiki forması haqda gərəkən araştırmaları yaparaq razılaşmışlardı.

299616_277299048968247_100000644637296_957168_146921187_n

Güney Azərbaycanlı liderimiz Dr. Mahmudəli Çöhrəqanlının istəkləri doğrultusunda artıq Güney Azərbaycan bayrağımız rəsmiyyət tapmaqda, bir əsrə yaxın çəşitli Fars hakimiyyətlərinin basqısı və asimilasyon projələri altında tabdalanan ulusumuzun haq harayı bayraqlaşmaqdaydı.

Güney Azərbaycan bayrağımızın rəsmi olaraq ilk dalqalanması May 2003-də New York Türk Günü Yürüyüşündə sayın Dr. Çöhrəqanlın huzuruyla gərçəkləşmişdir. Bu möhtəşəm və tarixi hadisənin ardından 2003 Babək Qalası Yürüyüşündə Güney Azərbaycan bayrağımız ilk dəfə olaraq güneyimizdə on minlər millətçi tərəfindən dalqalandı. “Təbriz bayrağın mübarək”, deyə hayqırdı millətimizin gənci-yaşlısı, qadını-ərkəyi. Babək Qalası Yürüyüşündə on minlərlə vətən övladı Fars şovenist hakimiyyətinin güvənlik güclərini (Ettelaat) aşaraq bayrağımızı Babək Qalasında dalqalandırdılar. Güney Azərbaycan liderimiz Dr. Mahmudəli Çöhrəqanlı bəyin öncülüyündə GAMOH təşkilatının ağır çabaları sonucu 2007 ilində Güney Azərbaycanımız təkcə uluslararası Dövlətsiz Millətlər Örgütü olan UNPO qurumuna rəsmi üzv oldu və tarixdə ilk dəfə Güney Azərbaycan Türklərinin bayrağı uluslararası səviyyədə qəbul edildi. UNPO’nun İngiliscəsi Unrepresented Nations and Peoples Organization olmaqdadır. Xatırladaq ki UNPO Birləşik Millətlər Təşkilatı (BMT) ilə yaxından irtibatdadır və üyələrindən gələn raporları dünya ictimaiyətinə sunmaqdadır. UNPO’da başqa Türk üyələrdən Doğu Türkistan, Qırım Tatarları, və Əraq Türkmənləri bulunmaqdadır. Güney Azərbaycan UNPO’da milli bayrağımız ilə təmsil edilməkdədir.

UNPO Güney Azərbaycan Profili

 

Güney Azərbaycan müvəqqətdir, yəni İran adlanan ölkədə yaşayan soydaşlar 1924-cü ildən bəri itirdikləri özgürlüklərini yenidən qazanaraq Quzey Azərbaycan dövlətimiz ilə birləşərək Bütöv Azərbaycan Türk yurdunun fondasyonlarını atacaqlar. Müvəqqət Güney Azərbaycanımızın bayrağı günümüz şəraitlərinin bir gətirgəsidir. Niyə ki günümüzdə Osmanlının geçmişdə bir parçası olan Quzey Qıbrıs Türk Cümhuriyyəti, elə Türkiyənin yardımı ilə qurduğu dövlətinə Türkiyə bayrağı yox, fərqli bir bayraq seçmək məcburiyyətində qalmaqdadır. Bu, uluslararası hüquq norma və qanunlarına dayanmaqdadır. Əlbəttə ki Güney və Quzey Azərbaycan birləşdikdən sonra Bütöv Azərbaycan dövlət bayrağı Məhəmməd Əmin Rəsulzadənin dalqalandırdığı, və hazırda Quzey Azərbaycanı Birləşik Millətlər Təşkilatında təmsil edən, Bakımızda dalğalanan bayraq olacaqdır. O günə çatmağa çox qalmayıb.

  -   Balatarin ǘ

Yorum Kapalı/ديدگاه بسته است.

GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG