0:20:58 - Perşembe 18 Tem 2013
  -   Balatarin ǘ
Gənəl Başqan
Doktor Mahmudəli (Çağrı) Çöhrəqanlının biyoqrafisi öz dilindən: Doğum tarixi və yeri: 5 Mart 1958-ci ildə (1336/12/15) Güney Azərbaycanın Çöhrəqan qəsəbəsində dünyaya göz açdım.   Çöhrəqan Güney Azərbaycanın harasındadır? Çöhrəqan 7-dən çox kəndin mərkəzi olaraq, Təsuc və Şəbistər şəhərlərinə bağlı olan bir qəsəbədir, bu qəsəbənin minə yaxın evi və 4000 civarında nüfusu vardır. Bildiyiniz kimi, Şəbistər […]

Doktor Mahmudəli (Çağrı) Çöhrəqanlının biyoqrafisi öz dilindən:

269476_479481945449747_242442233_n

Doğum tarixi və yeri:

5 Mart 1958-ci ildə (1336/12/15) Güney Azərbaycanın Çöhrəqan qəsəbəsində dünyaya göz açdım.

 

Çöhrəqan Güney Azərbaycanın harasındadır?

Çöhrəqan 7-dən çox kəndin mərkəzi olaraq, Təsuc və Şəbistər şəhərlərinə bağlı olan bir qəsəbədir, bu qəsəbənin minə yaxın evi və 4000 civarında nüfusu vardır. Bildiyiniz kimi, Şəbistər Təbrizin 10 ağaç uzaqlığında və quzey batısında (şimal qərb) yerləşir, Şəbistərin quzeyi Mərənd və güneyi Urmu Gölüdür,bu şəhərin doğusunda (şərq) Qaradağ  və  batısında (qərb) Salmas  mahalları yerləşirler, Şəbistər mahalı , Fətəli Axundoğlu, Mirzə Ali Möcüz, Şeyx Məhəmməd Xiyabani, Profesor Məhəmməd Taği Zehtabi, Şəbistərli Şeyx Mahmud, Aşıq Qəşəm və … Şəxsiyyətləri Azərbaycanın Mədəniyyət , Ədəbiyyat, Siyasət və Kültür dünyasına təqdim etmişdir.

Çöhrəqanda Şəbistər  kimi arxasın nəhəng Mişov dağlarına dayayaraq,önündə Urmu Gölü yerləşir.

Doğulduğum Ailə ilə tanış olaq:

Atamın adı Babaxan və anamın adı Xanım ve böyük babamında adı Səttarxan olmuşdur, Səttarxan G.Azərbaycan Müasir tarixində (Şəbüstər bölgəsinin) unudulmaz şəxsiyyətidir. Onda Azerbaycan Türkcəsi, İstanbul Türkcəsi, Türkmən Türkcəsi, Fransızca, Farsca ve Ərəbcə dillərini yüksək səviyyədə danışıb, yazmaq qabiliyyəti var idi.

 

Babam(böyük babam), üç böyük inqilab və hərəkatda (1905-11 Məşrutə inqilabı, 1919-20 Xiyabani Hərəkatı ve 1945-46  Pişevəri Hərəkatı) Çox önemli rolları olmuşdur,Məşrutə İnqilabında Təsuc bölgə məsulu, Xiyabani dövründə Müşavir və Xoy, Salmas və Şəbistər bölgələri məsulu və Pişevəri hərəkatında bölgə məsulu və millət vəkili kimi sorumluluqları olmuşdur.

 

Babam, Məşrute Devrimi sonunda Minbaşılıq rütbəsinə nail olmuşdur, böyük babam, 40 il (1905-1946) siyasi və milli mübarizəsinə görə illər boyu zindan çəkib və sürgün olmuşdur,nəçə dəfə Osmanlı İmparatorluğuna, Türkiyyə dövlətinə ,Türkmənistana , Tataristana ve bəzi Ərəb ölkələrinə qıssa müddətli olmuş olsada sığınma məcburiyyətində qalmışdır ,Istibdad qüvvələri və sonralar Riza xan əmrilə evi yandırılmış, xanımı və bir oğlu öldürülmüşdür, bu kişidən çoxlu çap olunmamış siyasi ,tarixi ve ədəbi yazılar qalmışdır, böyük babam 112 il yaşamışdır, ilk olaraq, O insanin düşüncə, hayat tərzi və mübarizələri mənim OYANIŞ qaynağım olmuşdur.

Atam da təbii olaraq belə bir insanın oğlu olduğuna və o tip ailədə göz açıb tərbiyə aldığına görə, zaman şərtlərinə görə atası kimi olmasa da yüksək səviyyədə onun ruhun daşmaqda idi.

Onlar dəfə ailə cəmində, bu məşhur atalar sözünü “oğul oddan köz olar, közdəndə od” diyərdi. o, bu sözləri barmağı ilə mənə işarə edib diyərdi, onun səbəbi də mənim çox rahatsız, bir  yerdə durmaz, dəcəl və şuluq bir uşaq olduğum idi, (atam və anam – ikisidə Tanrının rəhmətinə qovuşmuşlar) atam,1938-ci  illərdə Təbrizdə təhsilin bitirmiş (Diplom almış) və həmən ardınca Şəbistər bölgəsində müəllimiliyə başlamışdır. Atam yalnız yemək zamanlarında bizimlə birlikdə olardı və hər gün ən azı bir bölüm, üç böyük inqilab və hərəkatlar tarixindən söz açardı.

Mənim beyin və ruhuma birinci milli qığılcım, həmin tarix dərslərindən atılmışdır (təəssüflər olsun ki, mən 15 yaşında təhsil almaq üçün ailədən ayrılmaq zorunda qalıb və daha o milli, tarixi, ruhumu seyqəlləyən dərsləri öyrənməyə imkanım olmadı.
Atam məktəbdə həmişə dərsi türkcə verərdi və neçə dəfə bu işinə görə, SAVAK (Şahın Əmniyyət və Ettelaat orqanı) tərəfindən tutuqlanaraq işkəncələrə məruz qalmışdır.
Atam da, öz atası kimi çeşidli türkcələrə, farsca, ərəbcə və özəlliklə fıransızcaya təsəllütü var idi, ondanda çap olunmamış ədəbi və tarixi yazılar qalmışdır.

Mənim iki bacı və üç qardaşım olmuşdur.

Bacılarım – Zəhra, ailənin ən kiçik üzvü dünyasın dəyişmişdir. Hal-hazırda bir böyük bacı, iki böyük və bir kiçik qardaşım var. Bacım – Fəridə ailənin birinci uşağı və məndən 8 yaş böyükdür. Ondan sonra ən böyük qardaşım Əli (məndən 5 yaş böyük), ardınca Həsən (məndən 3 yaş böyük) və sonuncusu (məndən 3 yaş kiçik) Rəsuldur.

Bacım və qardaşlarım Həsən və Rəsul yüksək səviyyədə milli ruh ve şüura malikdirlər.

Həsən Təbrizdə tanınmış İngilis dili öyrətməni olmuş. Rəsul isə doktor (PHD) olaraq Tehran Rəcai unversitetində öyretmən (ustad) olaraq məşğuldurlar.

Maləsəf ən böyük qardaşım Əli, yüksək lisans olmasına rəğmən, dini hissiyyati milli ruhun yenmişdir. Ona görə də keçən illərdə əldən yapışmaq əvəzinə çoxlu ayaqdan çəkmələri olmuşdur. Umuram tanrımız onu da düz yola, millət yoluna hidayət edəcəkdir.

Mənim ailəm:

Mən 1979 və 1992 illərində iki kez olaraq evlənmişəm,bu  evliliklərdən İki qızım və iki oğlum olmuşdur , qızlarım – Ayda (Fatimə) 1981 və Maral 1987, oğullarım isə Həmzə 1983 və Alparslan 1993 doğumludurlar.

Onların hamısından razıyam. Çünki, mənə bu ağır mübarizədə əllərindən gələn yardımı əsirgəməyiblər, özəlliklə həyat yoldaşım Türkay (Tahirə) xanım və sonbeşik oğlum Alparslandan.

Onların mənəvi yardımları olmasaydı mən bəlkə də dayanıb dirənə bilməzdim, Tanrı hamısından razı olsun.

Bizim ailənin kök və nəsəbi:

Biz və bizim bölgədə yaşayan türklərin çoxunluğu Ağqoyunlu türkmənlərindən olmuşdur. Ağqoyunlular ilə ilgili, tarix kitablarından bilgi almaq olar.

Mənim eğitim və təhsilim :

1964-cü ildə Çöhrəqan qəsəbəsində, ibtidai məktəbdə (ilk okul) təhsilə başladım, o zamanın 6 illik ibtidai məktəbini 1970-ci ildə bitirib, Çöhrəqanda orta məktəbin (dəbiristan) olmadığına görə, bölgənin mərkəzi Təsuc şəhərinə getmək məcburiyyətində qaldım. 1974-cü ilə kimi, 4 il orta məktəbi Təsuc şəhərinin Cami adlı məktəbində oxudum, (4 il boyunda, hər gün rəhmətli anam biraz pendir çörək ilə birlikdə kitablarımı şala qoyub bağlardı və bizi 9 kilometir yerdə (yaya-piyada) gediş ve 9 kilometir dönüş üçün yola salardı).

16 yaşım olmadan Marağa şəhərində Pedaqoji (Müqəddəmati Danişsəra) oxumaq üçün ailəmdən ayrılmaq zorunda qaldım, öyrətmən (müəllim) tərbiyə edən mərkəzi bitirəndən sonra 1977-ci ildə əsgər müəllim olaraq əsgərliyə yollandım, 1979-cu ildə əsgərliyi bitirib, Şəbistər bölgəsində, ibtidai məktəblərdə müəllimliyə başladım. İslam inqilabına görə, universitetlərin 4, 5 il bağlı olması, tehsilimə davam etdirmə imkanı vermirdi. Zamandan faydalanıb ikinci diplomumu Təbrizdə 1980-ci ildə aldım.

 

1984-cü ildə ilk dəfə olaraq universitetlər sınavında iştirak edib, Təbriz Universitetində Fars Dili və Ədəbiyyatı qrupunda təhsil almağı qazandım. Fars Dili və Ədəbiyyatı oxumağımın bir neçə səbəbi var idi:

 

1- məndə şairlik zövq və qərihəsinin olması,

2- Ana dilimizdə təhsil alma imkanının olmaması və Fars Dili və Ədəbiyyatının inanılmaz səviyyədə Türk Dili, kültür və Tarxindən etgilənməsi və nəticədə çoxlu türk kökənli Şair və ədiblərinin əsərlərinin bu qrupda oxunması (Qətran, Xaqani ,Nizami ,Moləvi ,Şəms Təbrizli, Nəsimi, Saib, Pərvin, Şəhriyar ve…).

3- Ədəbiyyatdan çox marağım dilə olmuş amma maləsəf  İranda dilçilik qrupları, yüksək lisansdan başlayır və bu qruplara girmək üçün ilk öncə 4 il Fars Dili və Ədəbiyyatı və ya, o kimi dil və ədəbiyyat qruplarında təhsil almaq gərəkir.

 

1988- ci ildə yüksək rütbəylə bu qrupu bitirib və bir il aradan sonra yenə birinci sınavda Məşhədin Firdovsi Universitetinin Umumi Dilçilik qrupunda təhsil alma haqqını qazandım. bir il sonra Tehranda Tərbiyət Müdərris Universitetində çalışdığıma görə O universitetə dəyişdirildim, iki ildə orada təhsil alandan sonra, 1992-ci ildə, “Türk Sözləri Fars Dilində” adlı tezimdən müdafiə edərək, yüksək rütbəylə yüksek lisansımı aldım.

Yalnız bu universitetdə yüksək lisansla, elmlər namizədliyi və yaxud müdərrislik və yaxud YR Doçent doktorluq, bir il daha təhsil almaqla bəzi elm və təhsil açısından yüksək səviyyədə olan öyrəncilərə mümkün olurdu.

 

Mən ən yüksək rütbəylə Müdərrisliyimidə, “Fars ve Türk Dillərinin Fonim və Morfim müqayisəsi” adlı tezimi müdafiə etməklə bu universitetdə aldım, (bu dövrə mənim İranda təhsil almağımın son aşaması oldu), elə o ildəndə rəsmi olaraq proffesor kimi dərs verməyə başladım.

 

1993- cü ildə, tezlərimi daha genişləndirib təkmilləşdirəndən sonra, Azərbaycan Milli  Elmlər Akademiyasında müdafiə edib, elmi olaraq Filologiya  Doktorluğu ve eləcə də Filologiya Elmi profesorluğu və Akademik rütbəsini almağı başardım.

 

2003-cü ildə də Bakı Asiya universitetinin fəxri siyasi elmlər doktorluğunu ithaf etmişlər.

Mənim məsləkim (işim, peşəm):

Yuxarıda qeyd etdiyim kimi mən 19 yaşında ikən ibtidai məktəblərdə öyrətmənliyə (müəllimliyə) başladım, sonralar yavaş yavaş təhsil və təcrübəm artdıqca, orta məktəblərdə ve universitetlərdə dərs vermək və eytimlə məşqul oldum. Men Təbrizdə Şeyx Şəms ve Siqqətulislam orta məktəblərində ( Şəhid mühəndis Qulamrza Əmani bu məktəbdə mənim öyrəncim olmuşlar) və… eləcədə Tərbiyət müəllim və Təbriz universitetlərində öyrətim üzvü olmuşam,Tehrandada Əl-Zəhra və Tehran universitetlərində ( Xarici Dillər Fakültəsində) dərs vermişəm. iki ildə Tehran universitetinin Xarici Dillər Fakültəsi və Təbrizin Tərbiyət müəllim universitetində Rektor yardımcısı (Rəyis müavini) olaraq çalışmışam. Beləliklə ata və babam kimi bütün ömrümü ya öyrənməyə yada öyrətməyə sərf etmişəm. Deməliyəm ki, bütün çalışma illərimdə hətta bir gün, şərəfli müəllimlik işindən ayrılmadım.

Hansı  zamandan və necə məndə Milli düşüncələr ve ardınca siyasi fəaliyyətlər başladı?:

Yuxarıda qeyd etdiyim kimi, ən azı yüz ilə yaxın milli düşüncəyə malik olan siyasi bir ailədə dünyaya göz açıb bəslənmişdim, ən azı, buna görə deyirəm ki Ağqoyunluların tarixdə kim olub, hansı izləri buraxdıqlarını nəzər diqqətinə alanda ola bilsinki ailəmizdə milli siyasi keçmişimiz çox əsgilərə uzansın.

Hər halda keçmişimizin, son yüz ili, bölgəmizin on minlər diri şahidlərin hafizəsində qalır, bu mövzunu maraqlı araşdırmaçılara buraxmalıyıq.

Yadıma gəlir ki, ən kiçik yaşlarımdan (ibtidayi məktəbə gedən zamanlar) Azərbaycanımızın bölünüb parçalanması həməşə məni düşündürərdi və Rus imparatorluğuna (Türk millətlərinin ən qəddar düşməni, bu düşmən 1800-cü illərdən bəri, Azərbaycana ardıcıl təcavuz etmişdir.

Yurdumuzu bölüb parçalayan o olmuşdur, və hələ də Qarabağımızın müqəddəs topraqları bu düşmənin ayaqları altında inildəməkdədir) kiçik yaşlarımdan bəslədiyim kin və nifrət heç zaman azalmayıb. Ailəmdən gələn pak milli ruh, orta məktəbdə, tarixi oxuyarkan daha seyqəllənirdi, 15 yaşlarımda ikən (o zaman Marağa şəhərində Pedaqoji oxuyurdum) dilimizin yasaq olmasın və Azərbaycana olan zülümləri gözəl anlayıb, məktəb yoldaşlarımla tartışmağa başlamışdım.

Pedaqojini bitirib 18 yaşında ikən, əsgər müəllimlik (sipahi daniş) mərhələsində, (Sarab Əsgəri alanında) birinci dəfə olaraq Farslarla üzləşib, yenə onlardan Türkə və Türk milli varlıq və kimliyinə təhqir gördüm.

Yenə ona  görə dedim ki ibtidayi məktəb oxuduğum zaman (11 yaşında ikən), atamla birlikdə Məşhədə getmişdik (İmam Rzanin ziyarətinə) orada iki həftə qaldığımızda, hotelin fars işçilərinin  biri anama “Türke xər” (Eşşək Türk), və anamın ona cavabı “farse səg” (Köpək fars) dediyinə və ardınca savaş çıxmasına və mənim o savaşda iştirak etməyimə şahid olmuşdum (heç zaman o hadisəni unuda bilməmişəm).

Amma dediyim kimi bu dəfə birinci kəz olaraq, yalnız və sərbəst, şovinist farslarla qarşı qarşıya gəlirdim, 6 ay Əsgərlik və müəllimlik eytimi sürəcində, gərçəkdən bir milli mücadilə və mübarizə başlamışdıq, çoxlarının bildiyi kimi, 6 ayın sonunda rütbələr verilirdi, 10 əsgərə birinci dərəcə Quruhbanlıq (Çavuşluq), 20 əsgərə ikinci dərəcə və 950 civarında əsgərə üçüncü dərəcə Quruhbanlıq verilirdi və min əsgərin qalanları sifir əsgər olaraq əsgərlik yapmalıydılar, ona görə davranışlarımızda, biraz muqayat olmalıydıq.

 

5 ay 25 gün sonra bizim rütbələrimiz gəldi və mən ikinci dərəcəli Quruhban olmuşdum, bu aşamadan sonra, daha az ehtiyat edirdik, bizi təhqir edən farslara bir tarixi və unudulmaz dərs vermək zamanı gəlib çatmışdır, əlbətdə mən bunlara neçə dəfə demişdim ki siz Azərbaycandan adamlıq dərsi almadan çıxa bilməyəcəksiniz, yadımdadır mən Qurhan Ərşədi (iki yüz əsgər başçısı) olaraq bu tərbiyəsiz farslara (türklərə hiqarət edən Farslar) bütün yataqxana  odalarının təmizlənməsi əmrini verdim, əmrimi yerə saldılar, və biz böyle olacağını öncədən bildiyimiz üçün özümüzü hazırlamışdıq, mən əsgəri alanlarda qayda olaraq, üçə qədər sayıb əmrimin icra olunmasın istədim, yenə gülərək qəbul etmədilər, o zaman Təbrizli dostum Səccad Hadi bəyə dedim ki onların ən boynu yoğununu bu işə məcbur etsin, yenə qəbul etmədilər və bu dəfə Təbrizli Səccad gedib onu iki qat yataq taxtının üstündən yerə atdı, bu an savaş başladı və nə yemisən turşulu aş, iki saat boyunca vurduq və vurulduq, amma sonunda Azərbaycanlıların sayısının az olmadığına görə, verdiyimiz sözə əməl etdik, babalarımız demişkən “kişi tüpürdüyünü yalamaz”, bu hadisə bütün əsgəri alanda səsləndi, bizləri və onları tutuqlayıb məhkəməyə çəkdilər, sonunda Ərdəbilli Kamandanımız Sərqurd (Mayor) Behbudinin yardımı ilə qurtulduq, və beləliklə, bizi təhqir edənləri, ağızları burunları qızardıb, bozarmış yola saldıq.  bu hadisəyə yüzlər Azərbaycanlı əsgər müəllim və Kamandanlarımız olan Mayor Behbudi ve Salmaslı Sərquruhban (yüz başı) Habibzadə şahiddirler, hadisə üz verəndə menim 19 yaşım var idi, (1977-78 illərində).

Sonra məni əsgər müəllim olaraq, daha 18 ay hizmət üçün, Kəleybər şəhərinin yarım ağaçlığında, Milli qəhrəmanımız Babəkin Qalası ətəyində yerləşən Zərihan kəndinə göndərdilər (bu kəndə yerlilər ziryan deyirlər, bu kənd Əhər Kəleybər yolundadır, Peyğam kəndindən sonra, Kəleybərə sarı, Kəlalə kəndiylə üz üzədir), Güneyin bu bölgələri şovinistlərin neqativ asimilasyon projələrindən ən az xəsarət almış və sağlam qalmış yerlərindəndir, düz bir il (1979 inqilabına dək) Zərihanda əsgər müəllim olaraq çalışdım, bizi inqilaba görə və rejim dəyişikliyi dolayısıyla 6 ay ərkən buraxdılar, bilmirəm ya nəsib ya qismət diyərlər, mənim bütün şəbüstərli yerlilərimi Şəbüstər bölgəsinə göndərmişdilər, yalnız məni öz bölgəmdən uzaqlaşdırıb, bu bölgəyə vermişdilər, sonralar bildik ki atamın neçə dəfə milli məsələlərə görə tutuqlanması nədəniylə, güya cəza üçün məni bu bölgəyə atmışlar, amma bilmədən nə gözəl iş görmüşlər, çünkü bildiyiniz kimi Şəbüstər bölgəsi iran və Güneyin ən gəlişmiş, mədəni və çağdaş bölgəsi durumundadır, mənə Şəbüstər çox tanış idi, mənim bəlkə yabancı ayağı çatmamış və bakir bölgəyə ehtiyacım var idi, o da burdan yaxşı ayrı bir yer ola bilməzdi.

Gərçəkdəndə bu bölgə əl dəyməmiş və doğal qalmışdır, mən əsil özümü və xalis Azərbaycanlını, Azərbaycan türkünün xalis və dəyişilməmiş dil, kültür, musiqi, adət-ənənələr və hətta qadın və ərkək geyişlərini) bu bölgədə görüb, dərk edib və öyrəndim.

Mən inqilab ili bu bölgəyə gəlmişdim, və yalnız olaraq bu kəndin müəllimi idim, əhali ilə birlikdə rəhmətli Şəriətmədari öndərliyində bütün varlığımızla Müsəlman xalq hərəkatına qoşulduq, məktəbdə dərsləri Türk dilində verirdim, (kitabların hamısının Farsca olduğuna göre ,yalnız üzleri Farsca oxunardı və mən kilaslara apardığım Türkcə olan kitablardanda dərs vererdim)hetta imtahanların çoxu Türkcə alınırdı. ilk dəfə olaraq ,o kənddən, mənim öyrəncilərim, ibtidayi məktəbi bitirib,orta məktəbə girməyi başardılar,16 -17 il sonra (Təbrizdə seçgilər zamanı 1995-96) öyrəncilərimin  Lisans ,Yüksək lisans ,Mühəndis ve Hüquqçu olduqların öyrəndim və hətta bəziləri ilə seçgilər zamanı Tebrizde görüşdük, əhalinin çoxunun Təbriz və ayrı bölgələrə köçməsinə rağmən hala Ziryan ayaqdadır, yüksək təhsil almış öyrəncilərimdən ki gördüyümdə güclü səviyyədə milli şüura malik olmuşdular, Əjdəri və Səadəti dən ad çəkə bilərəm.

İnanın ki bu bölgədə 26 il öncə tam bir Milli oyanış Hərəkatı başlamışdıq. Qardaşım Mühendis Qulamrza Əmani və onlar nəfər Təbrizin Xəlilabad və Mənbeh bölgəsində yaşayan, Millətçi Hərəkatçı qardaşlarımız,həm Təbrizə köçmüş Ziryanlıları yaxşı tanıyırlar, həmdə mənim iddialarıma şahid keçə bilərlər, (nədən bunları yazıram? yazıram ki millətimizin son Qurtuluş Hərəkatı tarixinin qaranlıq nöqtələri qalmasın, yaxın gələcəkdə araşdırmaçılara yardım etmək üçün bunlar yazılır).

Bu bölgənin məndə ən dərin etgilərindən birisidə qurur qaynağımız və milli qəhrəmanımız, Babəkin adı-yadı, qalası, onun qiyam fəlsəfəsi, yabancı təcavüzçülər qarşısında dayanış və dirənişləri olmuşdur, bəlkədə mənim ulusal şüur binamın binövrəsin polad və dəmirlə basdırıb bərkidən təməl amillərdən olmuşlar.

 

Hər halda 1979 inqilabından , iki ay sonra,18 ay xidmətlə bizi  buraxdılar, mən Pedaqoji oxuduğuma və əsgər müəllim olduğuma görə həmən yani ara vermədən Şəbüstərin kəndlərində ibtidayi məktəblərdə müəllim olaraq işə başladım.

Mən özü özünə eytilmiş və tam bir millətçiyə çevrilmiş müəllim olmuşdum, volkanlar tək coşub daşırdım, ama bəlli olan nədənlərə görə heç amma heç həmfikir tapa bilmirdim ,hər kəsə fikirlərimi deyirdim,heyran qalırdı ,deyirdilər bu necə fikirdir, ilk dəfədir belə bir düşüncəylə tuş gəlirik, deyirdilər sənin fikirlərinə biraz bənzər fikiri, allahsız komonistlər söyləyirlər. amma bilirik ki sən Allahı bilən və tanıyan bir müsəlmansan. Deyirdilər a kişi burax əl çək, get işinə gücünə və…

Yalnızlığımı yavaş yavaş hiss etməyə və beləliklə yolumuzun nəqədər çətin, pıtlaşıq, qorxunc və təhlükəli olduğunu anlamağa başlamışdım.

Amma məndə bir güclü və inadkar ruh var, yenilsə belə yenilməni qebul etməz, elə ona görədə mənə atam və anam uşaqlıq çağlarımdan bəzi ləqəblər vermişlər (Qara Mahmud, Qabaqdan yeməz, Allahın bəlası,nagahan bəla ve…) əlbətdə 3 il tekvando eytimi alıb, fiziki açıdanda, doğrudan doğrusu ,qabaqdan yeməzə çevrilmişdim. Əlbətdə onlar gənclikdə qaldı….

Gənc, yılmaz, sarsılmaz və yenilməni əsla qəbul etməyən Mahmud ,həp gəzir və Lider, Pir axtarır, uzun sözün qıssası çox gəzdim, çox axtardım amma heç muradıma ərmədim, bir zaman gördüm ki bir çoxu dalımcadır və mənim kimi savadsız öyrənciyə pirim ,ustadım deyirlər. ..

 

1995 seçgilərindən öncə bir para önəmli hadisələr və bəzi milli fəaliyyətlərim:

 

-Əsgəri alan olmasına rağmən açıq olaraq Azərbaycançılıq və Türkçülük fəaliyyətlərinə başlamaq, G. Azərbaycan, Sərab şəhəri, əsgəri alan, 1977.

 

-Əsgər müəllim olmağıma rağmən, Azərbaycançılıq və Türkçülük fəaliyyətləri ilə birlikdə məktəbdə Türk dil və ədebiyyatını, dərslik kimi öyrəncilərə dərs vermək, 1977-1978 G. Azərbaycan, Kəleybər şəhəri, Ziryan kəndi mədrəsəsi.

 

-Öyrətmən, Öyrətmən rəhbəri (rahnemaye təlimati) olaraq, ilk oxul ve orta oxullarda, bütün dərsliklərin izahatı, şifahi imtahanların soru və cavabları, mədrəsələrdən və kilaslardan  görüşlər, danişıqlar, çıxışlar və sual sorqular Türkcə olmuşdur, 1979-1984 illəri, Şəbüstər (Şəbüstərdən salmas sınırlarına dək).

 

-Öyrətmən olaraq bütün dərsliklərin izahatı, şifahi imtahanlar və bütün görüş , danışıq və çıxışlar ana dilimzdə (Az-Türkcə) olmuşdur, 1985-1989 illəri Təbriz, Şeyx Şəms və siqətul İslam orta məktəbləri.

 

-Dərs kilaslarında bəzən fars öyrəncilərin etirazlarına rağmən ustadlarla danışmaq, soru sormaq, və ya ustadların sorduğu sorulara ana dilimizdə yanıt vermək, bəzi dərslərin (Mərce şinasi-Rəveşe təhqiq-Tarixe ədəbiyyət və …) görəv və təkliflərini Türkcə və ya Türk yazar və şairləri haqqında yazmaq, rəsmi dərs kilaslarında , açıqcasına Türk və Türk dili haqqında bəhs və tartışma yaratmaq, 1985-1989 illəri ,Təbriz  yuniversitəsi-Ədəbiyyət və insani bilimlər fakükltəsi-Bəzi ustadların adları ki hali hazırdada məşquldurlar (Dr. Sərvət, Dr. Hədidi, Dr. Məqsudi və…).

 

-Milli hükümət dövründən sonra ilk olaraq ana dilimizdə iki vahid dərsliyin , ədəbiyyat qurupu öyrətim həyəti, ədəbiyyat və insani elmlər fakültəsi öyrətim həyəti, Təbriz yuniversitəsi öyrətim həyəti və ən sonunda baxanlıq tərəfindən onaylamasında ən ilkin addımı ataraq, diləkçənin yazmasını və illər boyu bəzi adların çəkəcəyim ustadların yardımı ilə o diləkçənin onaylanması və yürürlüyə girməsi üçün çaba göstərmək, 1985-1989 Təbriz yuniversitəsi.

 

Bəzi yardım edən ustadların və yuniversitə məsullarının adları (Dr. Nurrətdin Məqsudi (Ədəbiyyat qurupu başqanı), Dr. İrandust (fakultə dekani) , Dr.Hədidi öyrətim üyəsi, Dr. Sərvət öyrətim üyəsi, Dr. Seyflu  yuniversitə rektoru və…

 

Bu çabalarla ilgili sənədlər qurup və fakültə arşivində və eləcədə məndə mövcuddur.

 

-1985 lərdən (7-8 il) açılışı üçün əmək verdiyimiz iki vahid ana dildə dərslik nəhayət 1992 lərdə baxanlıqda onaylanaraq sonuca vardı.

O zamanın Ədəbiyyət ve İnsani elmlər fakültəsinin rektoru (Dr. İrandust) doğru düzgün ustad tanımadıqları üçün, məni  bu kilasda dərs vermək üçün dəvət elədilər.

 

Mənim Tehranda yerləşməyimə rağmən, 6 ay boyunca hər yedəc (həftə) iki gün Tehrandan Təbrizə gələrək o kilası yönəttim.

 

-Mənim təşəbbüsüm ilə Azərbaycan dil və ədəbiyyəti tarix boyunda (qıssa baxış) adlı konfrans (iki bölümlü), Təbriz yuniversitəsi, Əkinçilik fakültəsi, konfrans salonu 1992.

 

Elə bu konfransın ilk bölümündən sonra, mənim adımı Pantürkist qoyaraq, girişimi o yuniversitəyə yasaqlayaraq, ana dildə kilasınıda qapaddılar.

 

-Keyhanə Həvayi qazetəsində bir Fars yazarın dilimizi təhqir edici yazısına yanıt olaraq “gərəkirsə ana dilimizi qorumaq üçün canımızı fəda edərik” adlı bir məqalə, Tehran 1990-1991. (Yanıtın başlığı Farsca olmuşdur burada Türkcəyə çevrilərək yazılmışdır, bu yanıt mənim Təbrizdəki evimdə qalır, medya və mətbuatla ilgilənən dostlardan reca olunur, o yazıyı mümkün olursa bularaq yaysınlar).

 

-Bir iddə güneyli (şəbüstərli) həkim, şair, müzisiyən və yazarlarla birlikdə Güney (şəbüstər) Mədəniyyət ocağını yaratdıq, Tehran 1990-1991.

 

(Qurucuların adları əmniyyəti məsələlərə görə yazılmaması uyqun görünür, zatən o bölgədən olan kültür və  incə sənət sevərlər bəllidir).

 

-Bir iddə Tehranda yaşayan ən tanınmış həkim, bilim adamı, huquqçu, yazar, şair və… (bunları siz millətçi hərəkətçilərdə tanıyırsınız, bildiyiniz kimi əmniyyəti məsələlərə görə ad çəkməyim uyqun görünmür) birlikdə Savalı huquqçu mərhum Kəmalinin vəkalət dəftərində, Azərbaycan mədəniyyət dərnəyinin qurulmasına təşəbbüs, Tehran 1991.

 

-Tehran, Xamnəlilər məscidində Qarabağ və Xocalı soyqırımı ilə ilgili törəndə çıxış, bu törəndə G. Azərbaycanın Tehranda yaşayan adlım Azərbaycan sevər şəxsiyyətləri və Q. Azərbaycanın o zamankı şərəfli böyük elçisi Nəsib Nəsiblinində huzuru var idi. Tehran 1992. (Bu çıxışın video klipi Yutube’da yayınlanmışdır).

 

-Tehranın Tərbiyyət-Müdərris yuniversitəsində, ən önəmli və üst düzey məsuliyyət daşımağıma rağmən (Dəftəre riyasəte daneşqah, küll müdürü-amuzeş müdürü) , yuniversitə işçi və ustadlarının yarıdan çoxunun Türk olmasından və özəlliklə rəhmətlik ustad Şəhriyarı sevən Azərbaycanlı bir profosorun yuniversitə rektoru olduğundan (Dr. Seyyid İsfehanilər) güc alaraq, mənim birinci ilətişim dilim Türkcə olmuşdur, Farscadan o zaman istifadə olunurdu ki irtibat quracağım şəxs əsla Türkcə bilməyirdi.

 

Bu iddiama o yuniversitədə oxumuş, və halı hazırda yuksək lisans, müdərris və ya PHD’ləri olaraq çoxlu yuniversitələrdə ustadlıq yapmaqdadırlar və ya öyrənci hərəkatında ən tanınmış öncüllərdən olmuşlar şahid ola bilərlər, Tehran1989-1994.

 

-İran tarixində ilk olaraq,Tehranda, Tərbiyətə müdərris yuniversitəsində Fars öyrətim üyələri və Fars kökənli yuniversitə məsullarının əngəl törətmələrinə rağmən, yuxarıda adını çəkdiyim şərəfli yuniversitə rektorunun yardımı ilə Təbrizin ardından, iki vahid ana dilimizdə kilası o yuniversitədə açmağa nail olduq . Tehran 1993.

 

Mən 6 ay o kilası yönəltəndən sonra o yuniversitədən Tehran yuniversitəsinə intiqal olduğum üçün bir ayrı soydaşımız olan öyrətmənə buraxdım.

 

Bu kilası daha keyfiyyət açısından gücləndirmək üçün ustadlarımız Dr. C. Həyət

,Dr. Hüseyn Düzgün və mərhum Ustad Fərzanə mənim dəvətlərimi yerə salmayaraq, gələrək konfranslar vermişlər.

 

Bildiyim qədər o kilas Təbriz də açılmış kilasın tərsinə illər boyu davam etməyi başardı və mənim, (Azərbaycanın ən rütbəsiz yurdərinin atdığı bu addımlar və  əkdiyi bu  tinglər (ağaclar) istədiyimiz sonucu verdi, bizdən sonra gələn vətənin şərəfli oğulları və qızları tərəfindən, baxanlıqdan aldığımız izin və onay əsasında, bütün İran adlanan yuniversitələrin çoxunda, onlar,bəlkə də yüzə yaxın ana dilimiz (Az-Türkcə) də kilaslar açdılar və məncə bunların meyvəsi və səmərəsi olaraq, Faşist İran rejiminin uyxusunu qaçıran və onu titrətməyə salan G. Azərbaycan öyrənci hərəkatı  yarandı…

 

-Bildiyiniz kimi mən yüksək lisans və müdərrislik (YR doçent doktorluğumu) Tehranın Tərbiyyət müdərris yuniversitəsində oxumuşam (1990-1994) və təhsilimi bitirəndən sonra Tehran yuniversitəsinə müntəqil olmuşam, Tərbiyyət müdərris yuniversitəsində olarkən Türkcə kilasın açılışı çoxlu soydaşlarımızı sevindirirkən bəzi Fars şovinist və faşistlərinidə yaman qızdırmışdır, bu faşistlərdən biri, Ləndəndə Səlman Rüşdü olaylarında tutuqlanaraq sınır dışı edilən doktorasını almadan doktor deyilən Mehrdad  Kokəbi idi, bu faşist İngiltərədən qoğulduqdan sonra gəlib bizim yuniversitəmizdə, yuniversitə rektoru Dr. Seyyid İsfehanilərə öyrəncilər ilə ilgili muavin olmuşdur və evli öyrəncilərə yuniversitə tərəfindən verilmiş (keçici olaraq) kiçik suitlərə (kiçik apartman) bu cənab yetişirdi.

1993-cu ilin sonları idi, mənə onların tərəfindən bir məktub gəldi ki həmən bir həftəyə o suiti tərk etməlisən, mənim ailəli olduğum üçün yeni bir ev kirayə etməyə ən azı bir ay zamana ehtiyacım var idi və üstəlik tərifini etdiyim yuniversitə rəisidə bu imkan ve izni mənə vermişdi.

 

Mən yaranan prablemin həlli üçün yuniversitənin mərkəz binasında olan bu muavinin ofisinə getdim, bu adam məni görən kimi az qaldı gözləri yerindən çıxsın, dedim o prablemin həlli üçün gəlmişəm, birdən yerindən qalxıb dedi ki: “Sənə yazmışdım ki ordan həmən çıxmalısan, dedim bir ay zamana  ehtiyacım var və…birdən səsini ucaldıb dedi , ey kəsif  Türk o kəsafətxanadan cəhennem ol” , məndə özümü saxlaya bilmədim yügürdüm üstünə və yapışdım boğazından, dedim: “kəsafət sənsən və sənin yetmiş iki arxandır, dedim, qızları ilə evlənənlər sizlərin babaları olan Kenbuciyyələr və Huvəxşətlərdir, ona görə  vələdozzina da, kəsafət də sizlərsiniz, biz Türklər yox…”.

 

Səslər yüksəldi və çəkişmələr başlandı və bütün yuniversitənin mərkəz binasında olanlar o cümlədən rektorumuz toplandılar, bizi araladılar, rektorumuz məni sevib sayardı, məndə onu, dedi nə olub, dedim bu adam mənim soyuma və millətimə tohin və heqarət edibdir və…

Sonrası şikayətlər və əziyyətlər ….

 

Bu olayı ona görə açıqladım ki yeni nəslimiz, bir az qeyrəti və cəsarətli olan, daha yaşlı kuşağın Tehran və ona bənzər Fars dil və kültürü hakim olan yerlərdə nələr çəkdiklərini anlamış olsunlar, buna baxmayaraq ki zənnimcə hələdə aynı aş aynı kasadır, ya aynı tas və aynı hamamdır…Tehran 1993.

 

-1993-1994’lərdə Tehran yuniversitəsi, yabancı dillər fakültəsində öyrətim üyəsi olaraq dekan yardımcısı (Daneşkədə muavini) atandım, rahat yaşamağım üçün mənə bir apartıman, bir araba, və normal keçinməyim üçün az olmayan aylıq verirdilər.

 

Amma işqal edilmiş vətən sevgisi və əsir düşmüş millət vurqunluğu heç zaman mənə şəxsi və özəl mənfətlərimi milli mənfəətlərdən üstün tutmağa izin və imkan vermədi.

 

Niyə ki tikrar tikrar demişik: “əsil millətçi odur ki şəxsi mənfəətləri ilə milli mənfəətləri qarşı qarşıya gələndə və o, ikisindən birini seçmək zorunda qalanda, tərəddüd etmədən şəxsi mənfətlərini qurban verərək milli mənfətləri üstün tutmalıdır.”

 

Keçən 34 illik (1977-2011) milli fəaliyyətlərim süreəcində hep bu prinsib və qurala uymağıma özən göstərərek, zaman və məkan imkan yaradanda, küçük olursa belə milli oyanışımız uğrunda addım atmaqdan qaçınmamışam.

 

Beleliklə təhsil, şuğl, gəlir və rahatlıq açısından, minlərinin arzu etdiyi amma birilərinin çata bildiyi yerlərə və rütbələrə varmağıma rağmən, o qara sevda (yurd və ulus sevgisi) heç ama heç məni buraxmadı …

 

O fakültədə Türkcə kilas açmaq üçün təşəbbüs göstərməyə qərar verdim və bu qərarın ardından, Türk öyrəncilərlə yuniversitə rektoru və fakültə dekanına, açılışa izin almaq üçün diləkçə yazmaların istədim, sonunda izin alındı, amma kilas açılmadan, yuniversitə İttilaatı (Herasət) tərəfindən çağrılaraq uyarıldım və kilasın açılmamasını istədilər, mənim İslami və qanuni (anayasal) qurallara dayanaraq dirəndiyimi gördükdə, iki ayın içində, dekan muavinliyim, ardıca, öyrətim üyəliyim və verdikləri apartman, araba və aylıq…; Hamısı geri alındı və ya kəsildi, dediler, burada qalmaq istərsən, öyrətim üyəsi yox, bəlkə işçi olaraq qalıb çalışa bilərsən…Tehran, Tehran yuniversitəsi,Yad dillər fakültesi 1994.

 

Beleliklə mən ailəmlə birlikdə, qara sevdalım vətənə, Təbrizə tikrar dönməyə qərar verdik, 1994.

 

 

1995 seçgilerində ve ondan sonra bir para önəmli hadisələr və bəzi milli fəaliyyətlərim:

 

-Tanrıya təvəkkül edərək yalnız və yalnız millətimizin ona baş əyərək xidmət edənlərini yalqız buraxmayacağına inanıb arxalanaraq İran adlanan ölkənin beşinci dönəm parlament seçgilərində iştirak etməyə qərar verdim, Təbriz 1995.

 

-Parlament seçgiləri bahanası ilə 500 civarında seçgilər mitingi təşkil etməklə G. Azərbaycanın 1946’lardan bəri birinci dəfə olaraq sosyolojik, ekonomik, politikal və kültürəl prablemlərini açıq aydın yarım milyona yaxın millətimizlə üz üzə və göz gözə olaraq ortaya qoymağı başardıq (bu mitinglərin bəzilərində, o cümlədən Təbrizin 40 metir məhəlləsində 50,000 və Sərdrud (Sərdəri) bölgəsində Ilxıçı, Xosrov şəhər və çevrələrindəki kəndlərdən toplaşaraq 30,000 insan iştirak etmişlərdir).

Bu oturumlar, çeşidli evlər, (Təbrizdə ki öz evimdə daxil), hüseyniyyələr, məscidlər, məktəblər, enistitolar, yuniversitələr, fabrikalar və açıq havalarda (meydanlarda) olmuşdur.

 

Beləliklə 1500 saata yaxın çox dəyərli zaman qazanaraq millətimizi yaşadığı çətinliklər və prablemlərlə tanış etməyə nail olduq, Təbriz, Basmınc, Liqvan, Sərdrud, Xosrov şəhr, Ilxıçı, Üski, Tufarqan (Azər şəhr) Mamağan və çoxlu Təbriz seçgilər bölgəsinə bağlı olan başqa kənd və şəhərlər bizim fəaliyyət alanlarımız idi.1995-96

 

-İran parlament seçgilərinde birinci dəfə olaraq illər boyu həsrət və özləmlə ürəyimdə daşıdığım və dilimin əzbəri olan, böyük şairimiz Şəhriyarın “Heydər Baba mərd oğullar doğgunan, namərdlərin burunların oğgunan” söyləmini rəsmi seçgi posterimizdə yazdırmağı başardıq.

 

Şərəfimə and olsun, mərd oğullardan niyyətim, Azərbaycanın qız və oğlan demədən, ər və iyid evlardlarının oyanaraq vətən və millət uğrunda mubarəzəyə başlamaları və namərdlərdən qəsdim İran adlanan ölkəyə hakim, vətənimizi işqal və millətimizi əsir edən, Fars şovinist molla rejimi mənsubları idi və eləcədə oldu, mən istədiyim amaca vardım… Sizcədə amacıma vara bildim mi? Təbriz 1995.

 

-Bu seçgilərdə uca millətimizin güvəncin qazanaraq Təbriz tarixində birinci dəfə olaraq 600,000 civarında səs və oy almağı milli mücadilə tariximizdə yazdirmağa nail olduq, Təbriz 1996.

 

-Sçgilərin ikinci dövrü günü (yazın 49-cu günü, Ordibeheşt’in 18-i 1375; 1996) mənim adımı adaylar listəsindən silərək, insiraf etdiyimi açıqladılar, rejimin İttilaat məmurları o gün səhərin (sabah) ilk saatları evimə gələrək məni tutuqlayaraq götürdülər, dediler ki yazılı və görüntülü (TV’də) olaraq öz meylin ilə münsərif olduğunu, İslam, Cumhuri-ye İslami və şəhidlərin qanına xatir açıqlamalısan,

bu işi görsən, bütün seçgilərdə həzinə etdiyini (təqribən 15000 dolar) alacaqsan və artı bu ki Rəfsəncani’nin (prezidentin) kültürəl yardımcısı və ya Muhacirani’nin (Kültür baxanının) kültürəl muavini olacaqsan və Tehranda səni ev, araba, ceb telefonu və gözəl bir yaşayış bəkləməkdədir…

 

Mənim onlara verdiyim yanıt: “Mənim zatən evim, maşınım və işim (Tərbiyəte müəllim yuniversitəsinin idari ve mali muavinliyi və rəsmi yuniversitə ustadlığı) varımdır… mən yalnız bu millətin vəkili olmaq istəyirəm, mən bu yazıq millətin gözlərinin içinə baxaraq şərəf və namusum üzərə  and içərək söz vermişəm ki onun doğru düzgün və sədaqətli  vəkili olam, o da mənə inanaraq bu seçgilərdə əlindən gələn maddi və mənəvi yardımlarını əsirgəməmişdir, indi mən necə və nəcur deyim ki satıldım, mən səni satdım, mən bu millətə demişəm ki səni satan namusunu satsa daha yaxşıdır, səni satan şərəfini satsa daha yaxşıdır… indi bu millet mənə namussuz və şərəfsiz deməz mi?

 

Dedim ki mən sizdən heç nə istəmirəm, yalnız bir quyu tapın, dərinliyi yüz metir olsun və her metirində bir qılınc, məni oraya itəliyin və mən min bir parçaya ayrılım, o zaman sizdə qurtularsınız, məndə, bəlkə beləliklə millətdə mənə şərəfsiz və namussuz deməz…

 

Hər halda millətimə verdiyim sözü tutdum və onlar məndən heç zaman insiraf  məktubu ala bilmədiler, yadınızda olursa, o zamanlar Tehranda rejim muxalifləri olan Əncüməne İslami öyrəncilərinin (Mühəndis Heşmətullah Təbərzədi gil) bir həftəlikləri var idi, o ağır günlərdə mənim evimə gələrək, bir röpörtajları oldu və iri bir başlıqla mənim dilimdən belə yazdılar: “Men insiraf verməmişəm, əgər iddia edirlər vermişəm, lütfən insiraf məktubumu millətə göstərsinlər” və heç zaman iddia etdikləri insiraf məktubu millətə göstərilmədi.

 

Molla rejiminin, gün ışığında etdiyi bu oğurluğa aynı gün valilik (ustandarlıq) və bütün çevrəsindəki xiyabanlara 100,000 civarında Təbrizin şərəfli insanları toplanaraq, bəlkədə G. Azərbaycanın tarixində ilk olaraq möhtəşəm bir milli etiraz aksiyası keçirdilər,Təbriz 1996.

 

Əlbətdə bu hadisədən öncədə neçə dəfə İttilaat məmurları çeşidli bahanalarla mənim evimə gələrək və ya məni müxtəlif yerlərə götürərək öz zənnlərincə  kontrollarında tutmağa çalışırdılar.

 

Əlbətdə çoxlu əngəllərdə törədirdilər o cümlədən mərkəzi ofisimizin sorumlusu Mühəndis Rəzminin tutuqlanması, mənim Sərdərinin 30,000 lik toplantısına qatılmağıma rəsmən mane olmaqları və doktorluqdan başqa profosorluğumun olmasına rağmən ikinci dönəm seçgilərdə doktorluq ünvanından istifadə etməyimin qarşısını almaqlıqları və ən önəmlisi Tehrandan vilayətə fəqih tərəfindən Səid İmami başçılığında bir heyət gələrək məni insiraf verməyə qane etmək üçün çaba göstərmələri (bu məsələlərin seçgilər zamanı və ondan sonra mən içəridə olarkəndə üstləri açılmışdır).

 

Səid İmami, net və açıq dedi ki ağa (Xamneyi) buyurublar ki siz (mən) insiraf verməliyəm, dedim ki ağa mənim özümə və üz üzə buyurmalıdırlar ki məndə bu millətə məntiqi bir cavab verə biləm, və illa bu millət məni satqın tanıyaraq, evimi odlayıb məni və ailəmi tikə parça edərlər… və biz heç zaman ağa ilə üz üzə gəlmədik.

 

Nəhayət ki Səid bəy mənim haqqımda Təbrizdə ki əməkdaşlarına gərəkən əmirləri verərək getdilər.

 

 

-Aşağıda gələn sözcük və istilahları Sosyo politik terminlər kimi, G.Azərbaycan milli qurtuluş mücadiləsində ilk dəfə olaraq, yalqız günlərimdə məndən heç ayrılmayan silahdaşım şəhid Mühəndis Əmani ilə birlikdə seçib işlətməyə başladıq, Təbriz 1996:

Güney Azərbaycan

Güney Azərbaycan Milli Hərəkatı (GAMH)

Güney Azərbaycan milləti

Güney Azərbaycan Türk milləti

Hərəkətçi

Millətçi

Millətçilik

Oyanış

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

 

-Təbrizin Bahar, Hökmavar, Xəlil abad, Mənbeh, Qırx metir və Sərdəri Millətçiləri iştirakı ilə iki önəmli etiraz aksiya, Təbrizin Rasta küçə ağzı və Təbrizin Qırx metir məhəlləsinin Pasqah bölgəsində keçirməyə nail olduq.

 

Bu etirazlar çox ehtimalla, ən ilkin sivil millətçilər etirazı olaraq 16 illik(1995-2011) yeni dönəm Milli Hərəkət tariximizdə səbt olunmuşdur, Təbriz 1996.

 

-İçəridə olarkən rejimin ağir basqılarına rağmən (1996-2001)toplam olaraq 78 ropertaj ve musahibə dış medya,o cumlədən Amerikan sesi radyosu,Azadliq radyosu,BBC,Radyo fərda , Q.Azərbaycanın bəzi radyo,TV ləri ilə (ANS TV və…) və başqa çeşidli medya və mətbuat vasitələri ile olmuşdur.

Bu musahibələrdə bildiyiniz kimi ilk olaraq rejimin etdiyi zulumlər və vətən və  millətimizlə ilgili asimilasyon eyləmləri və ekonomik təzyiqlər dünya ictimaiyyətinə  çatdırılmışdır.

 

-Yol bəyimiz mərhum Elçibəy, təşəbbüsü ilə 6 ya 7 dəfə telefon danışıqlarımız olmuşdur, bu danışıqlarda, mən güneyin durumunu onlara çatdırarkən onlarda uyqun gördükləri öyüd və yol göstərilərini itihaf etməkdən əsirgəmirdilər (bu danışıqların lentləri Q. Azərbaycan, Bakı şəhərində BAB təşkilatı ofisində  və bəziləridə GAMOH Bakı bürosunda mövcuddur), əlbətdə indiyə dək neçə moridi  internetdə  yayınlanmışdır), 1996-2000 arası, Bakı-Təbriz.

 

-Təbrizdəki evimdə seçgilərdən sonra seçgilər zamanı olduğu kimi təqribən hər gün, vətənin çeşidli bölgələrindən, özəlliklə Təbrizdən tək və quruplar halında qonaqlarımız olurdu, İran faşist molla rejiminin ağır basqılarına rağmən

bu milli, siyasi görüşlər heç azalmayırdı (çoxlu zamanlar İttilaat məmurları küçənin ətrafında pusu quraraq, görüşməyə gələn əzizləri tutuqlayırdı, hətta neçeə dəfə hərəkətçilərlə məmurlar arasında ağır toqquşmalar və çəkişmələr olmuşdur), Təbriz 1996-2001.

Bu görüşlər və toplantılarda hərəkətlə ilgili ən önəmli qərarlar alınırdı, o cümlədən:

 

Təşkilatlanmaq üçün ilk addımlar:

 

-Güney Azərbaycan Milli İslami Təşkilatı,(bildiyiniz kimi seçgilər zamanı (1995-96) hizbullahilər və hətta Təbrizin imam cüməsi, Moctehed-e-Şəbüstəri cümə namazında bizlərə milli islami və sonuc olaraq kafer və mulhid deyirdilər), bizdə o yaranan atmosferi nəzərdə alaraq təşkilatımızın adını yuxarıda yazdığım kimi qoymuşduq, əlbətdə neçə ayın içində bu təşkilat İttilaat tərəfindən lova gedərək (de şifrə edilərək) dağıldı.

 

-G.Azərbaycan Milli Hərəkatı, həftələr və aylar bu qutsal adın səsləri və sözcükləri ilə oynayandan sonra (babalarımız demişkən yüz dəfə ölçüb biçəndən sonra) bu ad bəyənildi və seçildi (Təbriz 1996).

Mən sevgili şəhidimiz muhəndis Əmani ilə birlikdə Sərdəri hərəkətçilərinin basın (çapxana) yardımlarından yararlanaraq çoxlu bəyaniyyələr, bildirilər (gizli şəbnamələr) bu adın imzası ilə yazıb yaymağa nail olduq (Təbriz 1996-2001).

 

-Sonralar Baki medya və mətbuat mənsublarından ardıcıl olaraq  sorulurdu, G.Azərbaycan Milli Hərəkatı, nə? hansı milli hərəkat? Quzeydə olduğu kimi azadlıq hərəkatı mı, yoxsa qurtuluş hərəkatı mı? sanki bizə anlatmağa çalişırdılar ki bu qutsal adın bir sözcüyü əsgikdir.

Bizdə millətimizin milli siyasi informasiyası durumunu (ulusal və plotikal bilinc səviyyəsini) dəyərləndirək və bu gərçəyi nəzərdə alaraq ki yüz ilə yaxındır , məzlum və məhrum millətimiz ən ağır və dərin ölçüdə neqativ asimilasyona məruz qalaraq , şiddətlə  bilgisizliyə uğramışdır, və sonuc olaraq güclü bir oyanışa ehtiyacı vardır, OYANIŞ  sözcüyünüdə G.Azərbaycan Milli Hərəkatına artıraraq, başlanan qutsal qurtuluş hərəkatımızın adını Güney Azərbaycan Milli Oyaniş Hərəkatı qoyduq.

 

-Babək qalası qərarı; hərəkətin olduğu durumu və rejimin ağır basqılarını nəzərdə alaraq (rejim heç bir üst örtülü və hətta şəhər və qəsəbələrdə açıq alanlarda törən və mərasim üçün izin verməyirdi) ən səmimi dostlarla birlikdə iki qərar alındı:

 

1-Bundan buyana çalışmalıyıq tarixi və milli hətta bəzi dini şəxsiyyətlərimizin doğum və ölüm ildönümlərini (Səttarxan, Baqırxan, Şeyx Muhhəmməd Xiyabani, Siqətulislam, Pişəvəri və…)  anmaqla örnək şəxsiyyətlərimizi millətimizə tanıddıraq və beləliklə  hərəkətimizi diri və aktiv saxlamağa çaba göstərək, (Təbriz 1997).

Bildiyimiz ki elə bu qərarlardan sonra çoxlu şəhərlər, qəsəbələr, özəlliklə yuniversitələrimizdə bu törənlər gərçəkləşməyə başladı.

İlk illərdə qurulan törənlərin videolarını əzizlərimiz internetdə izlemişlər və ya istədikləri zaman izləyə bilərlər, (məsələn Tehranda, Səttarxan məzarında qurulmuş törən və…).

 

2-Hərəkəti dahada sivilləşdirmək və kütləviləşdirmək üçün, hərəkətin rəsmi olmayan qurucu heyəti tərəfindən Babək’in doğum günü anma törəni qərarı alındı, (Təbriz 1997), bu qərarı dahada  rəsmiləşdirmək və gücləndirmək üçün ağsaqqallarımızla araya qoyaraq dəstəklərini qazanmağı çox uyqun gördük, bu sorumluluq üçün rəhmətlik mühəndis Əmani görəvləndirildi, o əziz ilk olaraq rəhmetlik Prof. Zehtabi ilə bu məsələni ortaya qoyaraq tam dəstəklərini qazandı, çoxlu tanınmış ustadlar və milli xadimlər ilə də görüşülərək, onlarında dəstək və himayələri qazanılmışdır, təbii ki  bu önəmli tarixi qərarın nailiyyətində hamısının böyük rolları danılmazdır..

 

Beləliklə qərar verildi aynı il (1997-ci ilin tir ayının ilk həftəsi ) nəyə baxır baxsın şərti ilə birinci milli siyasi yürüyüş Babəkin Bəz qalasına başlansın, qərara əsasən mən Təbrizin, bəzi Mənbeh və Xəlil abad hərəkətçiləri ilə birlikdə (əmniyyəti məsələləri nəzərdə alaraq yalnız bu qədər yaza bilirəm ki bizim arabanın sorumlusu tanınmış millətçi Xəlil abadlı  Ə.H  olmuşdur) və Muhəndis Əmanidə ginə aynı məhəllələrin qalan hərəkətçiləri və Qırx metir, Bahar, Hokmavar və bir iddə Sərdəri millətçiləri ilə birlikdə qalaya sarı yola düşməli idik.

O il(1997) mən və yoldaşlarım (5-6 kişi) qalaya gediş yolunda (Təbriz Əhər yolunda) Xoca şəhərində ittilaat memurları vasitəsi ilə tutuqlanaraq ,Təbrize qaytarıldıq və 24 saat həbsdən sonra buraxıldıq, amma şükürlər ki qalan dostlarımiz, adların çəkdiyim bölgələrdən və Güneyin başqa kənd və şəhərlərindən ,dəqiq olaraq 270 nəfərin iştirakı ilə birinci anma törənini milli qəhrəmanımız Babəkin qalasında qurmağı başarmışlardır, eşq olsun o adsız sansız və iddiasız, qurtuluş yolumuzun yol açan öncüllərinə…

 

 

Zindanda olduğum sürəclər və tarixlə r (Beyin anfaktı və ölüm orucu):

 

 

1-1996 (1375-ci ilin şəhrivər ayının 20-sindən 3 ay) açıqlama:

 

İttilaat tuzağı: Seçgilər zamanı (1995-in son ayları və 1996-nın ilk ayları) 55 yaşlarında, Sadiqi adlı Təbrizli bir kişi (başının tükü tökülmüş və gözlüklü) bizim seçgilər üçün açdığımız mərkəzi ofisimizə (Təbriz-güney şəriəti xiyabanı və ya əsgi Əmin üç yolunda) ged gəl edirdi və yavaş yavaş mənimlə səmimi olmağa çalışırdı (hər bir ofisə gəl ged eliyən soydaşımız kimi), bu adam bir iki dəfə mənim Təbrizin Qolpark məhəlləsində olan evimə də gəlmişdi.

Seçgilərdən sonra azaraq insanlardan idi ki mənimlə ilişgisini kəsmedi . O mənə önərdi ki indi tam zamanıdır dışarıya çıxaraq bu rejimi rusva etmək üçün , məndə saldım  çıxdım, dedim imkan olursa Q. Azərbaycana çıxaram, o mənə bir qaçaqçı buldu və qərar oldu ki qaçaqçı vasitəsi ilə yuxarıda yazdığım tarixdə məni Arazın quzeyinə götürsünlər.

 

Onunla mənim aramada bir gizli şifrə yaratdıq, o bir ədəd bir dolarlığı aradan böldü, yarısını mənə verdi və dedi ki gedərsən Elgölü yoluna, bir Nisan markalı arxası damlı və örtüklü araba gəlib filan saatda səni götürəcək, ondan şifrəni istərsən, ayni doların yarısını, göstərə bilərsə, minib gedərsiniz…

Getdim, o da gəldi və zahirən hər şey yolunda görünürdü.

 

Demək ki bu Sadiqi bəy, esgi Tudeçi (Rusofil komonist partiyası üyəsi) olaraq, inqilabın ilk illərində İttilaat tərəfindən tutuqlanmış və Tude partiyasının üçə bölünmüş üyələrinin Təvvablar (tövbə edib, İslamı yenidən qəbullanmış və İttilaat İş birlikçisi ) bölümündənimiş və bütün bu eyləmlər İttilaatın əmir və istəyi ilə edilməkdəimiş, (Bildiyiniz kimi Tudeçilər təqriben hamısı tutuldular, tutulandan sonra rejim bu partiyanın üyələrinin çıxarı və istəyi əsasında onları iki yerə böldü, bir iddəsi edam edilərək öldürüldülər, qalanlarıda təmamən tövbə edərək rejimlə  iş birlikçisi oldular, əlbətdə bu arada üçüncü bölüm olaraq bir iddədə İrandan çıxaraq qaçmağı başardılar, bunlara (dışarı çıxmışlar) bu üç bölümün zahirdə də ölmüş olsa ,sağlam bölümü demək olar, əlbətdə bunuda bilməliyik ki dışarı çıxanlarında bir iddəsi tövbədən sonra rejim yardımı və əmiri ilə çıxmışlar və indidə rejimin dış iş birlikçiləri olaraq xiyanətlərinə davam etməkdədirlər).

Demək ki bu yazıq insan İttilaatın iç qol iş birlikçilərindən olaraq, məni bu tuzağa salmaq üçün görəvləndirilmişdir.

Hər halda qərar əsasında arabaya mindik və məni arabanın arxasına, ki demək olar bir dəmir qutuya çevrilmişdi mindirdi, sordum nədən mən arxaya və qutuya bənzər yerə minməliyəm? Dedi ki səni əsla görüb tanımamalıdırlar, sürücü sürdü və məni projə və pılanları əsasında Kəleybər şəhərinə qədər apardı, orada məsələn Jandarmeri məmurları bizi tutuqladılar və sonra Təbrizin ittilaatına təhvil verdilər, o halda ki İttilaatın tutuqlusu olduğum zamanlarda, o araba və sürücüsünü neçə dəfə görməyə  nail ola bildim.

Məni qaytardılar Təbrizdəndə 20-25 Km dahada uzaqlara, yəni Xosrov şəhrə (sonralar bildim ki üç ay infiradi olaraq qaldığım sillol (hücrə), İttilaata bağlı olan bir bağ evi imiş).

 

Sorsanız nədən səni Təbriz İttilaat mərkəzinə götürmədilər?

Diyərəm ki bu sualı məndə dönə dönə məmurlardan (bəzi özlərini vicdanlı və yumuşaq göstərən məmurlardan) sorurdum, doğru düzgün yanıt verməsələrdə, anladığım bu ki, inanın o idarənində içində mənim nə qədər məzlum və haqlı olduğuma inananlar var imiş, onlara mənfi təsiri olmasın və möhtəmələn onlardan kimsənin mənə yardımı toxunmasın diyə, məni ən gizli zindanlarının birinə götürmüşdülər, əlbətdə sonralar mənə bəlli oldu ki məni gizli zindana götürməklərinin əsas nədəni bu imiş ki, adımı dışarıya çıxmış qoyaraq , nəyi uyqun görsələr mənim haqqımda rahatcasına icra edə bilsinlər (ya onların iş birlikçisi ya da məsələn ölüm).

 

Bildiyiniz kimi dışarıda da o tarixlərdə onlarla iş birliyində olan, yəni sapları özümüzdən olan baltalarda sakit və hərəkətsiz deyildilər, çeşidli musahibələrlə mənim gah Türkmənistanda və gah Özbəkistanda olduğumu vurqulayırmışlar!?

O halda ki mən o qəddar və qan içən quvvələrin əsiri olaraq, təmamən ilgi və ilişgilərim olduğum hücrə (sillol) dışında bütün dünya ilə  kəsilmişdir.

 

Hər halda tutuqlu günlərim davam edirdi ki, çeşidli fiziksəl və özəlliklə ruhsal işkeəcələr sonucu olaraq, yorqun əsəblərim dözə bilmədi və 1375-ci ilin payızının üçüncü ayı (1996-1375-Azər ayının ilk günləri) birinci beyin anfaktına (səktə) məruz qaldım və demək ki bu anfakt ölüm başlanqıcı üçün yox , bəlkə Tanrıdan mənim qurtuluşum üçün bir armağanımış.

 

Bu anfaktdan sonra, ki güya mən ölüm halındaymışam, əcələ ilə məni Təbrizin Rah ahən (nisfi rah) bölgəsində olan bir xəstəxanaya götürürlər,və beləliklə orda məni doktorlar və pərəstarlar tanıdılar (artırmalıyam ki məni o xəstəxanaya Hafez Davudi adı ilə götürmüşdülər, amma məni o xəstəxanada hər kim gördü, Çehreqanlı olaraq  tanıdı və beləliklə İttilaat məmurları zamanı itirmədən məni bir ambulansın arxasında yatırdıb bağlayaraq Tehrana götürdülər (məmurların məni Tehrana götürmələrinə rağmən zənnimcə daha məni gizlətmə və möhtəmələn gizlicə öldürmə imkanını əldən vermiş oldular).

 

Tehrandaki xəstəxana Şah zamanı polis xəstəxanalarının biri idi, (bimarestan-e- şəhrəbani-ye-koll-e-keşvər), mən bu adı mənə yazılan nüsxələrin başında gördüm və çox ehtimalla inqilabdan sonra Tehran İttilaatına bağlı bir xəstəxanaya çevirilmişdir.

 

Orada bir ay civarında tədavi dərman oldum, bir miqdar toxtayandan sonra iki qoltuq ağacı ilə yürüməyə başladım, əlimdə olan sənədlərə əsasən mən beyin anfaktı (C.V.A  çeşidindən ) ki məələsəf bəzi etgiləri qalıcıdır, keçirmişdim.

Bu anfakt mənim bədənimin sol tərəfini vuraraq, daimi olaraq başımın sol tərəfində bəzi ağrı və sancılara, üzümün sol tərəfində düzəlməz xəsarətlərə səbəb olmuş və sol qulağımda eşidmə prablemi və sol gözümdə görmə prablemi yaradaraq sol əl ayağımın yüzdə altmış gücünü əlimdən almışdır.

 

Mənim bu durumuma baxmayaraq ginədə məmurlar gəlirdilər və sual sorquya çəkirdilər.

 

İki məmurun eyləmlərindən örnəklər:

 

-Tehranda ilk dəfə sual sorqu cələsəsi olaraq məni gözü bağlı ikən bir məmurun odasına götürdülər, saatlar o halda qalandan sonra bir məmur gəldi və mənə söyüş verərək vurmağa başladı, çox sərt olaraq dirsəgi ilə boynumdan və yumruğu ilə üzümdən vurdu, gözlüyüm 10 metir tullanaraq gedib sufaja dəyib sındı, bu o halda idi ki mən hələ ağır xəstə idim.

-Neçə gün sonrası bir ayrı məmurun odasına götürdülər, o vurmadı amma baxın nələr söylədi: “sənin kimi birisi İsfehan şəhərində var idi, o da  rahat durmayırdı , məələsəf  xəbərimiz olmadan bizim nanəcib dostlarımız ona təcavüz edərək videosunu çəkmişlər və video kasetdən  birinidə onun özünə vermişlər, o bizə gəldi, bizimlə işləməyə gəldi, amma kəşkə biraz tez gələydin dedik.

 

Hər halda bu olaylardan sonra  biraz toxtamışdım ki məni Təbrizə qaytararaq evimə  buraxdılar…

Artırmalıyam ki yolculuğa çıxarkən bəzi özəl şeylərim var idi, onlardan bəziləri, o cümlədən baba yadigarı olan bir qəmə,banka hesabımın çek dəftəri, kamera və bir miqdar para heç zaman mənə qaytarılmadılar.

 

 

 

2-1999-2000(1378-ci ilin son 2 ayı və 1379-cu ilin ilk 4 ayı, toplam 6 ay).

 

Açıqlama:

 

Bildiyiniz kimi mənim kimi tanınmış millət fədayilərinin yalnız bir dəyərli sərmayası ola bilər, o da uca və şərəfli millətimizin ürəyində qazandıqları və tutduqdları yerdir, yəni millət sevdalılarının, millətə olan sevgilərinin  millət tərəfindən qarşılığı, bir ayrı sözlə millət tərəzisində qazandıqları dəyər, ağırlıq, sayqınlıq və şəxsiyyət.

 

Əgər biz millətçilərdə bu dediyim sayqınlıq olursa, faşist rejim ilk onun müştərisidir, ilk öncə o şəxsiyyəti və sayqınlığı hədəf alaraq terror etməyə əlindən gələni əsirgəməyəcəkdir, yəni mənəvi edam, şəxsiyyət teroru və bu aşamadan sonradır ki  gərəkirsə fiziki terorunda önü açılmış olur.

 

Zatən bir hərəkətçidən, millətdən qazandığı onur, şərəf, qurur və şəxsiyyət alınırsa, o millətçi bir dəyərsiz cəsədə çevrilər və heç bir ağıllı düşmən bu hala düşmüş birisinin fiziki teroruna təşəbbüs göstərməz.

 

Hər kimsə millətinə baş qaldırarsa, o sonunda o millətin ayaqları altına düşərək, palçıq kimi əzilər və ayaqlanar, amma hər kimsə millətinə sədaqətlə baş əyərsə, millət onu qaldırar və millət qaldıranı kimsə düşürə bilməz.

 

Öncələr dedim ki millətlə yüz yüzə və göz gözə, bir birimizə ağzımızı açmadan yalnız yüz tipi və göz yaşlarımızla ilqar bağlamışdıq ki, bir birimizə ehanət və xiyanət etməyək, mən millətimizin sədaqətinə inanmışdım və qərarlıydım ki son nəfəsimə qədər ona sadiq qalam.

 

Bu inanc mənə qurur, cəsarət və başı ucalıq verirdi elə ona görədə önümdə olan düşmənləri kiçik və həqir görürdüm və düşməndə bunu anlayaraq çalışırdı hər halu karda bu silah və sərmayanı  mənim əlimdən alsın…

 

Ginə İttilaat tuzağı : Beləliklə millətimizdən qazandığımız şəxsiyyəti yox etmək üçün, rejim iç və dış elemanları ilə birlikdə bir plan hazırladılar, bu plana əsasən, bizim xəbərimiz olmadan, Bakıdan, sonralar dahada dərindən tanıdığınız sapları özümüzdən olan çürük baltalar vasitəliği ilə 2000 dolarlıq, gözəllik muəzzəməsi bizim adımıza göndərilmişdi, o halda ki öncədən mənə Bakıdan işarə etdiyim çürük balta (millətçilər tanıyırlar, ona görə adının çəkməsinə belə dəyməz) təmas tutaraq, mərhum Elçibəy tərəfindən 2000 dolar yardımın gələcəyini söyləmişdi.

Hər halda bizə xəbər verdilər ki para yerinə mal göndərilmişdir, mən həmən anladım ki bu bir tuzaqdır, Şəhid Əmaniyə dedim ki get çox ehtiyatla bu malı gətirənləri gör və tanı, o da getdi və məsələni araşdırandan sonra mənə işin nə olduğunu açıqladı, mənim cavabım bu oldu: “bu bir tuzaqdır, göndərdikləri malda bir tıncıqmış yumurtadır, çalın öz başlarına” ; bu qədər.

Bir gün sonrası mühəndis və neçə gün sonrası mən İttilaat tərəfindən qaçaq

malları görmədən belə qaçaqçı olaraq tutuqlandıq.

 

Təbriz inqilab məhkəməsi;

 

Xoşbəxtlikdən məhkəmə oturumunda, bizim rusva olacağımıza tanıq və şahid olsunlar diyə çoxlu jurnalistlər və tanınmış hərəkətçiləre o cümlədən,Omid-e-Zəngan (Zəncan) qazetəsinin Təbriz yuniversitəsində olan öyrənci muxabiri ,tanınmış öyrənci hərəkətçilər Valai, Zarei və yirmiyə yaxın başqa millətçilər iştirak etmişlərdir.

Artırmalıyam ki bu əzizlər hətta oturumda gedən danışıqları zəbt edib yığmağı başarmışlardır.

 

Muhakimə odası; (bu muhakimənin gedişatını təqribən doğru olaraq, bəzi Təbrizli jurnalistlər o zaman qazetələrində çap edərək yaydılar, öncül Təbriz millətçiləri və çoxlu başqa millətçilər cərəyandadırlar).

 

Biz odaya girərkən 3-4 İttilaat məmuru Mühendisidə gətirdilər, odaya girərkən gördük öncədən bu oda bir miqdar şampu, matik və başqa  bezənmə vəsayil və muəzzəmələri ilə dekorə edilibdir və bizdən öncə bəzi tanış olan və ya tanımadığımız jurnalistlərdə  odada oturmuşlardır və…

 

Öncə bütün iştirakçılara, ağır işkəncələr altında Muhəndisdən çəkdikləri videoları izlətdilər, İttilaat məmurlarınca məsələn bu danışıqlarda Muhəndis bəzi iqrarlarda bulunmuşdur…

Ardıca hakim  muhakiməyə  başlayaraq  mənə  dedi : “sən Elçibəyin qulusan və o sənə qaçaq mal göndərmiş ki sən İran rejimini yıxasan…” (artırım ki muhakimə ana dilimizdə olmuşdur).

 

Mən cavab üçün danışmaq  istədim, hakim  dedi ki bu adamın danışmağına izin verməyin, zatən bu danışırsa hər şeyi  bir birinə vuracaq, mən hakimi saymadım və ona  belə cavab verdim: “dedim Elçibəy özü Tanrının quludur, mən qula qul olmaram”, (onun başı üstə Xamneyinin şəkilinə baxaraq ) davam etdim və dedim ki “amma sən şeytanın qulusan”.

 

Mən yerimdə oturmadım və Mühəndisə üz tutaraq dedim Mühendis sen gözəl muqavimət eləmisən amma bəzi doğru olmayan sözlərdə var, dedim sən bu sözləri normal halda demisən ya işkəncə altında; Muhəndis mənə baxaraq sakit qaldı, mən tikrar səsimi daha yüksəldərək dedim Mühəndis bu gün milli şərəf və milli namusumuzun muhakimə olunan  günüdür, bunlar bizleri qaralamaqla, millətimizin bizə inandığının nə qədər yalnış və səhv olduğunu isbat etmək istəyirlər, ona görə nəyin bahasına olur olsun gərçəkləri deməyimiz, şərəf borcudur, ərlik igidlik borcumuzdur, de görək sən bu sözləri işkəncə altında söyləmisən və ya normal halda; O zaman Mühəndis açıldı və dedi ki işkəncələr altında bunları mənə söylətmişlər, dedim indi oldu, vicdan sahabları nə olub keçənləri olduğu kimi dinledilər, sonra üz tutdum məmurlara dedim siz utanmayırsınız bir iki qutu şampunu gətirib bura düzərək, bizi rusva etməyə çalışırsınız, dedim utanın həya eləyin…

 

Sonra üz tutdum hakimə dedim hakim mən səndən və sənin kimilərdən heç qorxum yoxdur, amma sən qorxaqsan niyə ki, bu gün Azerbaycanın bir oğlu var ki döşünü sənin güllələrinin qabağına verməyə hazırdır, amma səndə o cürət və cəsarət yoxdur ki tirbarçını (tüfəkçini) hazırlayasan, ginə davam edərək dedim bil ki bu gün Azərbaycanın bir oğlu var ki sənin edam kəndirini (ipini) boğazına salsın, amma səndə o cəsarət yoxdur ki dar ağacını qurasan və…

 

Beləliklə biraz hakimin və məmurların qışqır bağırlarından sonra, muhakimə bitdi və bizdən vəsiqe (ev qəbaləsi) istəyərək muvəqqət olaraq buraxmaq istədilər, mən dedim sizə heç bir şey vermərəm, niyə ki heç bir suç işləməmişəm, ginədə mənə neçə gün möhlət verdilər ki get və vəsiqəni gətir və məhkəməyə təhvil ver, mən heç zaman bu işi görmədim və nəhayət ki bir həftə sonra məmurlar gəlib məndən qəbalə istədilər, dedim vermərəm, o zaman məni tutuqlayıb Təbriz zindanına götürdülər, sonra qiyabi olaraq məhkəmə mənə 6 ay zindan kəsdi.

 

Zindana götürürkən məmurlara dedim ki siz mənim dünyamı zindan eləsəniz məndə sizin dünyanızı zindan edəcəyəm və siz bunu yaxin gələcəkdə görəcəksiniz, mən sözümün üstündə durdum… Davamı aşağıda.

 

Zindan ;

 

Zindana girdikdə barmaq sayısı İttilaat məmurlarından başqa qalan minlər tutuqlu insanların çox səmimi davranışları ilə qarşılaşdım, əsgərliklərin soğan polislər və zindan xəstə xanasının doktorları və hətta edama məhkum olan qatillər belə, hamısı mənim ilə qardaşları kimi tam səmimiyyətlə və sayqı ilə davranırdılar.

 

Ölüm orucu;

 

Bir müddət sonra, zindanın sağ solun tanıyıb, atmosferi ilə tanış olanda sonra bildiri verərək (bildiyiniz kimi bu bildirilər həmən Güney də və hətta diş dünyada yayılaraq gərəkən etgilərini buraxmaqda idi), Mühəndisin və özümün günahsız olduğumuz üçün azadlığımızı istəyərək, ölüm orucuna başladım.

 

Ağır və çətin savaş başlamışdır, mənim ən çətin və ilk dayanış və dirəniş sınavım idi, məmurlara demişdim ki mən günahsız olaraq zindana salınırsam, sizində dünyanızı zindana çevirəcəyəm və ölüm orucunun ilk günləri ginə onlara dedim ki cürətiniz varsa mənim ölümü Təbrizlilərə təhvil veriniz, amma mən sizdə o cəsarət və cürəti görmürəm, məmurlar cavabda dedilər get adət elə, alış, sən ən azı yirmi il burdasan, adam olana qədər…

 

Ölüm orucundan bir həftə keçirdi ki məmurlar gəldilər dedilər, ölüm orucuna son qoy, məhkəməyə demişik, sizi bir iki günə buraxacaqlar, məni inandırdılar və mən orucumu sındırdım, bu danışıqdan 3 gün keçdi, heç bir xəbər olmadı, mən zamanı itirmədən ikinci bildirini yayaraq, ölüm orucunu sürdürməyə qərar verdim, bu dəfə hoqqa baz məmurların və’də vəidləri məndə heç təsir qoymayırdı, bir həftə sonra bir xəfif  anfakt keçirərək bayqın yıxıldım, zindanın xəstəxanasına qaldırıldım, orada da orucuma davam etdim, o qədər dəvam etdim ki təqribən  məndə bir dəri bir kəmik qaldı (35 kilo vermişdim).

 

Mən günün yarısın özümdə olmayaraq soğurdum, əsla doktorların serom bağlamalarına izin verməyirdim, neçə həftə sonra elə oldu ki sanki qan içmiş kimi ağzımdan qan iyi gəlməyə başladı, zindan doktoru məmurlara ilk günlərdən bəri mənimlə ilgili rapor  vermək zorunda idi, yeni raporunda yazdı ki bu adam ciyərini yemeyə başlayıbdır (bu aşama ölüm orucu tutanların son günlərinin xəbərçisidir, ciyərin yeyilməsi prasesi bir ila iki həftə sürərsə, ciyər dəlinərək sahibini öldürər).

 

Məmurlar zindan doktorunun nəzərini test etmək üçün məni El Gölü yolunda olan Şohəda xəstəxanasına götürdülər, zindan doktorunun nəzəri oranın doktorları tərəfindən də təyid olundu, bu aşamadan sonra məmurların davranış tərzləri 180 dərəcə dəyişdi və mən ölümcül halimlə bir daha onlara dedim ki, demişdim məndə sizin dünyanızı zindan edəcəyəm, dedim bilirsiniz necə bu işi görəcəyəm?

 

Dedim canımla, ölümümlə, mən ölürəm və siz yas tutmalısınız, niyə ki 600 min Təbrizli insanın sevgisini qazanan birisinin cənazəsini onlara verməyə cəsarətiniz olmayacaq, dedim mən çox yüngülləşmişəm və daha ağrı sancıda hiss etmirəm ,dedim mənim ağrı sancılarım buraya qədər idi, amma sizin ağrı, sancılarınızın başlamasına çox qalmadı, az qaldı…

 

Bu tarixdən sonra hər gün mənim evimə gedərək, həyat yoldaşıma yemək pişitdirirdilər, xanımımı və 6 yaşında olan oğlumu (Alp Arslanı) yeməklər ilə birlikdə zindana gətirirdilər ki yalvar yaxarla mənim orucumu sındırsınlar, amma mən bilirdim ki bu milli namus savaşı idi, bu şərəf savaşı idi, bu ərlik və igidlik savaşı idi, bir ayrı sözdə ciddən bu mənəvi və siyasi ölüm qalım savaşıdır ; mən onları tanımışdım və bilirdim ki onlarda iynənin ucunca şərəf, ərlik və kişilik yoxdur, mən bilirdim əgər bir daha orucumu sındırarsam, onlar bu dəfa hətta mənim üstümə belə idrar edə bilərlər, ona görə sonuna qədər dayandım və dirəndim…

 

Deməliyəm ki mənim zindan sürəcimin yüzdə səgsanı zindan xəstəxanasında və ginədə aynı oranda ölüm urucu və ya bayqınlıq halında soğuldu.

 

Hər halda mənim altı ay zindan sürəcim bitmək üzərə idi, atamda Təbrizin İmam xəstəxanasında beyin əməliyyatı keçirərək ölüm halında idi, mən Mühəndislə görüşdüm, dedim mənim istəklərim qəbul olmayınca, çıxmaq istəmirəm; O böyük insan dedi ki sən get, atan ölüm halındadır, get onu gör, mən hələ burdayam, mən beləliklə çıxdım və rəhmətlik atam, mən çıxandan iki-üç gün sonra dünyasını dəyişdi…

 

Burada unudmadan Mühəndisdən bir önəmli açıqlama (nəql-e qovl) gətirim, o da bu ki, bildiyiniz kimi Aqazadə adında bir molla illər boyu Təbriz ve Doğu Azərbaycanın məhkəmələr başqanı idi, onun muavini Abbas zadə  (bir ayrı molla) Mühəndis kimi, Heris bölgəsindən idi və esgilər Mühəndisin atası ilə tanışlığı var imiş, o Mühəndisi yanına çağırır  və öğüd-nəsihət verməyə başlayır, bu arada deyir ki, mən sənin atan ilə dostluğum var idi, sizi tanıyıram, müsəlman və dürüst bir ailəsiniz, sən nə cür oldu düz yoldan çıxıb, komonist oldun (!?).

 

Danışıqlarının davamında Mühəndis mənim ilə ilgili etdikləri zülümlərə toxunduğunda, Abbas zadə belə deyir, mən hər şeydən öncə onlara (İttilaat məmurlarına) dedim ki: “siz Eynallı dağını (Çöhrəqanlını) bir ton barutla partlada bilməsiniz, bu işi görməyin” (yəni qaçaqçılıq pilanını icraya qoymayın) onlar dinləmədi və olanda İslam rejiminə oldu…).

 

Son beyin anfaktı;

 

Biz fəaliyyətlərimizdən və İttilaat məmurlarıda bizdən əl çəkən deyildik, hər həftə və bəzi həftələr iki üç dəfə, məmurların uyarı və əziyyətlərinə məruz qalırdım, o gün (1999-1378-ci ilin 9-cu ayının 27-si) evdən yuniversitəyə gedərkən, evimin qapısında neçə İttilaat məmuru ilə qarşılaşdım və onlar mənə bəzi dışarıdan gələn telefonlara cavab verərək, etdikləri zülmləri açıqladığım üçün ağır tohinlər və heqarətlər edərək, şiddətlə uyardılar, zatən umumi halım ilk anfaktdan sonra heç zaman tam anlamı ilə yaxşılaşmamışdır, onların bu tip hərəkətləridə istər istəməz öz mənfi təsirini buraxırdı, hər halda yuniversitəyə gedərək dərs verməli idim, axşam başları idi, kilasa girdikdə halım xoş deyildi, ürəyim bulanırdı, amma çalışırdım, özümü normal göstərərək, bəzi dərs bölümlərin açıqlayam, amma birdən birə taxtanın önündə gözlərim qararadı və başım üstə öyrəncilərin önünə yıxıldım, yıxıldıqdan sonra bir şey anlamadım, 24 saat sonra özümə gəldikdə gördüm öyrəncilər məni xəstə xanaya qaldırmışlar.

 

Doktorlar tərəfindən bu beyin anfaktının tipidə öncəki kimi C.V.A olaraq təsbit edildi.

 

Xəstə xanada 3 gün dərmandan sonra 20 günlük istirahət üçün evimə göndərdilər.

Əlbətdə neçə həftə sonrası İnqilab məhkəməsi çağıraraq yuxarıda açıqladığım muhakimə gərçəkləşdirildi.

 

Bu tip hadisələr ilə ilgili, çalışacağam lazım olan sənədlər və faktları hərəkətimizin tarixində şübhəsiz həqiqətlər kimi qalsınlar diyə, əldə edərək sunmuş olum .

 

 

Türk elləri bizim ellər adlı şe`r kitabım:

 

Bu kitabı 1997-1376-ci ildə yazdım, bildiyiniz kimi o illər mənim üçün psikolojik açıdan ən ağır illər olduğuna baxmayaraq milli emosiya, ehsasat və duyqular açısından ürəyim bir dəniz tək çalxalanmaqda idi, normal tiribunlar əlimizdən alınmışdı, daha ürək sözlərimizi demək üçün imkan və izin verilməyirdi, qıvrılıb, bükülüb açılırdım, bağırmaq çağırmaq istəyirdim, bir aşıq kimi öz özümə oxumağa başlamışdım, sonralar bəzi dostların istəyi əsasında dilimə gələn qoşmaları yazmağa başladım və sonunda 1998-1378-ci ili, Sərdəri və Təbrizin Bahar, Hökmavar məhəllələrində yaşayan əziz millətçilər tərəfindən gizli olaraq iki dəfə çap edilərək  tanıdığımız millətçilər arasında yayıldı.

 

Bu kitabdan neçə qoşma:

 

Qoca  dünya kökdən yalan

yoxdur səndə kimsə qalan

varlıqların    oldu    talan

Türk   elləri   bizim   ellər

 

Sevgiləri     ətək     ətək

yürəkləri volkanlar tək

zahirdə çox batində tək

Türk   elləri  bizim  ellər

 

Aynaya bax telin dara

xəsmin olsun yüzü qara

gör gəlmişik hardan hara

Türk   elləri   bizim   ellər

 

Mərd igidin dərdə salan

ziyalısın   yadlar    alan

xoş bir günə həsrət qalan

Türk   elləri   bizim   ellər

 

Könülləri   dolu   duman

hər pisliyə gözün yuman

yad ellərdən himmət uman

Türk   elləri   bizim   ellər

 

Köroğlular   hanı   harda

deyin   nigar  ahu  zarda

kəklik kimi başı qarda

Türk elləri bizim ellər

 

Könlümdə var çoxlu ağrı

Türk dağları mişov ağrı

babaları Toğrol Çağrı

Türk elləri bizim ellər

 

 

Düşmən suyun durudmusan

kimliyini unudmusan

öz kökünü qurudmusan

Türk elləri bizim ellər

 

Qarabağda qanlar axır

insanların könlün yaxır

qeyrətsizlər durub baxır

Türk elləri bizim ellər

 

Mişov dağı Ana yurdum

oralarda çadır qurdum

heç yatmadım keşik durdum

Türk elləri bizim ellər

 

Mahmud oğlum çığir bağır

Igidləri işə çağır

qulaqları elin ağır

Türk elləri bizim ellər

 

Mahmud adım el oğluyam

qasırqa tək yel oğluyam

dağlar aşan sel oğluyam

Türk elləri bizim ellər

 

Fədayidir ərlə qadın

Mahmud verər hər bir zadın

Qoymaz kəsilsin fəryadın

Türk elləri bizim ellər

 

Mahmud oğlum, işin çətin

Qalmayacaq yağın ətin

Olmalısan sabir mətin

Türk elləri bizim ellər

 

 

 

Mənimlə əlaqə saxlamaq istəyənlər üçün:

Email: cehreqanli@yahoo.com

Tel: 001 703 405 7825

 

  -   Balatarin ǘ

Yorum Kapalı/ديدگاه بسته است.

GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG