Güney Azərbaycan

“Bizə miras qoyub ərən babalar,
Dilimiz, Torpağımız, Qeyrətimiz!”
  -Şah Xətai 

Qacar Dövlətinin sonuna qədər Azərbaycan xanlıqları vahid şəkildə Qacar Ölkələri Birliyi ?Məmalek-e-Məhruse-ye-Qacar? tərkibində olsa da əslində Qacar dövlətinin hökmranı olmuşdur. Təbriz, Qacar dövlətinin 2-ci paytəxti hesab olunurdu Qacar şahları Təbrizdə tərbiyə aldıqdan sonra mərkəzə gedir və padişalıq taxtına əyləşirdi Qacar şahının oğlu və Qacar dövlətinin vəliəhdı yəni gələcək şahı Azərbaycan ölkəsinin başçısı idi və yalnız Azərbaycan hökümdarının böyük Qacar dövlətini padişahlıq zirvəsinə çıxmaq hüquq var idi. Qacar dövləti ilə Çar Rusiyasının arasında baş verən müharibələr və Qacar Dövlətini məğlubiyyəti Azərbaycanın parçalanması ilə yanaşı Qacar dövlətinin də son dərəcə zəifləməsinə gətirib çıxardı. Gülüstan məğlubiyyətinə qədər Azərbaycanın ümumi sahəsi 410 000 kv-km olmuşdur.

images
Azərbaycanın sərhədləri Dəmirqapı Dərbənddən Həmədana qədər uzanırdı. Çar Rusiyasi tərəfindən işğal olunduqda Şimali Azərbaycanın ümumi sahəsi 130.000 kv-km- olmuşdur. Çar Rusiyasının apardıqı ?ərazi islahat?ları nəticəsində Şimali Azərbaycan ərazisi məhdudlaşdırılmış və 1918-ci ildə Demokratik Azərbaycan Cümhuriyyəti Şimali Azərbaycan ərazisinin 114.000kv- km də qurula bilmişdir. Çar Rusiyasının necə deyərlər ərazi islahatı Sovetlər İttifaqi tərəfindən də davam etdirilmiş ,Azərbaycanın Qarabağ bölgəsinə ermnilər yerləşdirilmiş və bu bölgəyə müxtar vilayət statusu verilmişdir. Bundan başqa Azərbaycanın Göyçə, Zəngəzur Mehri və… şəhərləri Ermənistanın, Dərbənd Rusiyanın ,Borçalı isə Gürcüstanın tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası dövləti isə yalnız tarixi Quzey Azərbaycan ərazisini 86.000 kv-km ?də qurulub, həmin ərazinin 20 faizi isə hələlik Ermənistan silahi qüvvələrinin işğalı altındadır. Azərbaycanın 8 milyon əhalisinin 1 milyondan çoxu öz vətənində didərgin- qaçqın- həyatı sürməkdədir.

Güney Azərbaycan
1925-ci ildə Qacar dövləti rəsmən dağıldıqdan sonra yerdə qalan 280 kv- km Cənubi Azərbaycan ərazisi minimal milli- insani hüquqlarından məhrum edilmiş şəkildə Məməleke Məhruseye İrana daha sonra isə Keşvəre Şahənşahiye İran- Şahliq İranı dövlətinin tərkibində daxil edilmişdir. Güney Azərbaycan xalqı 1925-ci ildən sonra milli azadlığı uğrunda 2 dəfə kütləvi mübarizəyə qalxıb hər dəfə bir il müddətində milli azadlığını əldə etsədə sonunda məğlub edilmişdir. Çar Rusiyasının necə deyərlər ərazi islahatını / İranda hakimiyyətə gələn rejimlər də icara etsmişlər, 1925-ci ildən sonra hakimiyyətə gələn şahlıq isuli idarəsi tərəfindən Azərbaycan Şərqi- Qərbi Azərbaycan , Həmədan və Zəngan əyalətlərinə bölünmüş və Azərbaycanı tarixi paytəxti Təbriz süni mərkəzdən qaçış siyasəti hayata keçirilmişdir, bundan başqa o dövrudə Azərbaycanın Ənzəli limani Pəhləvi limanı adlandırılaraq Gilan əyalətinin Qəzvin və Savə mahalı isə Mərkəzi əyalətin və Tehranın inzibati tabeçiliyinə verilmiş dir.Həmədan və Qəzvin şəhərlərinə isə qeyri Azərbaycanlıların kütləvi köçürülməsi başlamış və bu şəhərlərdə qeyri Azərbaycanlıların nisbəti 37 faizə çatdırılmışdır,İslam Cümhuriyyəti qurulduqdan sonra isə bu siyasət bir müddət dayandırılsada İran ?İraq müharibəsindən dərhal sonra davam etdirilmiş Qəzvin və Ərdəbil ayrica bir əyalətə çevrilmişdir.

Azərbaycanın Ərdəbil əyalətimnin Astara şəhəri isə Gilan əyalətinin tabeçiliyinə verilmişdir .Hal-hazırda Qərbi Azərbaycanın bir neçə şəhərinə Kürdlərin kütləvi köçürülməsi siyasəti ardıcıl olaraq həyata keçirilməkdədir, yerli Azərbaycanlılar Qərbi Azərbaycanın 5-6 şəhərinin Tehran rejimi tərəfindən Azərbaycandan qoparilaraq ayrıca bir əyalətə ?Mükeryan Kürdüstanı Əyalətinə ? çevriləcəyindən narahatdırlar.

Tehran rejimlərinin apardığı radikal anti- Azərbaycan siyasəti isə Azərbaycan Türklərinin daxili müqaviməti ilə üzləşməkdədir Cənubi Azərbaycanda əhalinin nisbətini dəyişdirmək mümkün olmasada Qərbi Azərbaycanın 3 şəhərində kürdlərin nisbəti 20 faizə qədər çoxalmışdır. Ağır iqtisadi böhran ücbatından Azərbaycan ərazisindən İranın başqa bölgələri xüsusi ilə Tehrana mühacirətlər davam etməkdədir hal-hazırda 8 milyona yaxın Güney Azərbaycanlı Azərbaycan sərhədlərindən kənarda yaşayır bunların 1 milyondan çoxu siyasi mühacir olaraq Avropa və Amerikada 1 milyonu İranın müxtəlif bölgələri Xüsusi ilə İranın cənubunda 6 milyonu isə Tehran şəhərində yaşamaqdadır Azərbaycanlıların yalnız 20-22 milyon nəfəri Güney Azərbaycan ərazilərində yaşamaqdadır.

Tehran Türkləri daxil olmaqla Güney Azərbaycan Türklərinin milli hüquqlarının bərpası uğrunda sivil mübarizəsi davam edir.