16:55:01 - Pazar 11 Şub 2024
  -   Balatarin ǘ
Güney Azərbaycan – Babək Qalası Qurultayı Bildirgəsi
Güney Azərbaycan – Babək Qalası Qurultayı Bildirgəsi Güney Azǝrbaycan Türklǝri hǝr geçǝn gün öz milli haqlarını əldə etmǝk mubarizǝsini güclǝndirmǝkdǝ, Milli mǝnlik vǝ özlüyünǝ dönmǝktǝdir. Güney Azǝrbaycan Türklǝri hǝr fürsǝtdǝn istifadǝ edǝrǝk, etirazlarını İran Fars molla rejiminǝ göstǝrmǝktǝdirlǝr. İstǝr Settarxan mǝzarı başında törǝnlǝr, istǝr Tǝbriz ǝtrafında dağda geçirilǝn törǝnlǝr, istər Tehran’da Telimxanlı törǝnlǝri, dövlǝt basqı […]

Güney Azərbaycan – Babək Qalası Qurultayı Bildirgəsi

Güney Azǝrbaycan Türklǝri hǝr geçǝn gün öz milli haqlarını əldə etmǝk mubarizǝsini güclǝndirmǝkdǝ, Milli mǝnlik vǝ özlüyünǝ dönmǝktǝdir. Güney Azǝrbaycan Türklǝri hǝr fürsǝtdǝn istifadǝ edǝrǝk, etirazlarını İran Fars molla rejiminǝ göstǝrmǝktǝdirlǝr. İstǝr Settarxan mǝzarı başında törǝnlǝr, istǝr Tǝbriz ǝtrafında dağda geçirilǝn törǝnlǝr, istər Tehran’da Telimxanlı törǝnlǝri, dövlǝt basqı vǝ tutuqlamalarına rağmǝn davam etmǝsi Güney Azǝrbaycan Türklǝrinin oyanışının yüksək sǝviyǝyǝ doğru yol aldığını göstǝrmǝktǝdir.
İran Fars molla rejiminin tüm ǝngǝllǝrinǝ rağmǝn bu sǝnǝ geçirilǝn Babǝk Qalası Qurultayı geçǝn sǝnǝki qurultaylardan daha görkǝmli vǝ daha verimli geçmǝsi Güney Azǝrbaycan Türklǝri üçün böyük bir qalibiyyǝt vǝ milli hǝrǝkǝtimiz üçün böyük addımlar olmuşdur. Bu qurultay onca qısıtlamalar, tutuqlamalar vǝ milli hǝrǝketçilǝrǝ tǝziq vǝ tǝhdidlərə rağmǝn, yolların dövlǝt tǝrǝfindǝn kǝsilmǝsinǝ baxmayaraq yüz minlərlə insanın qatılımı vǝ iştirakı ilǝ möhtǝşǝm bir şəkildə geçirildi. Güney Azərbaycan Türklǝrinin tüm şǝhirlǝrindǝ bu günǝ qǝdǝr belǝ bir hǝrǝkǝtlǝnmǝ görülmǝmişdir. Güney Azǝrbaycan Türklǝrinin bu hǝrǝkǝtlǝnmǝsi gǝlǝcǝkdǝ milli dirçǝlişin vǝ milli mubarizǝnin yeni boyutlar qazanmasının göstǝrgǝsidir. Bu qurultayda Babǝk Qalası ǝtǝyindǝ göstǝrilǝr vǝ yürüyüşlǝrdǝ daşınan yazı vǝ şuarları İngilizcə vǝ Türkçǝ olması Güney Azǝrbaycan Türklǝrinin dünya medyasına sǝslǝnmǝsiydi. “Çırpınırdı Qara Dǝniz Baxıb Türkün Bayrağına” oxunaraq Türk dünyası vurqusu olmuşdur. Güney Azǝrbaycan Milli Oyanış Hǝrǝkatının öndǝri Dr. Çehregani’nin rəsimləri vǝ Güney Azǝrbaycan milli mubarizǝ və mücadilə bayrağı ǝllǝrdǝ daşınması vǝ “Yaşasın Çehregani” sloganları dillǝrdǝ var idi.

2003 Babǝk Qalası Qurultayının bir diyǝr önǝmli özəlliyi milli mubarizǝ bayrağımızın qurultay iştirakçıları tərəfındən qaldırılması vǝ yüz minlǝr tǝrǝfindǝn onaylanması və təsdiqlənməsidir. Güney Azǝrbaycan Türklǝrinin milli mücadilǝ bayrağı qaldırıldığında “Azǝrbaycan Bayrağın Mübarǝk” Bu qurultayda milli mubarizǝ bayrağımızın dünya sǝviyǝsindǝ tanınmasında önǝmli rolu olacaqdır.

Güney Azǝrbaycan Milli Oyanış Hǝrǝkatı (GAMOH)
Ausgust, 2003

  -   Balatarin ǘ

Yorum Kapalı/ديدگاه بسته است.

GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG