18:40:06 - Çarşamba 21 Şub 2018
‘Dünya Ana Dili Günü’ ilə Bağlı GAMOH-un Bildirisi
Buna əsasən biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq bu günün millətimiz üçün nə qədər önəmli olduğun vurğulayıb, milli, mədəni və siyasi fəallarımızı bu mübarizədə daha güclü olmaya çağırırıq.

‘Dünya Ana Dili Günü’ ilə Bağlı GAMOH-un Bildirisi

21 fevral UNESCO tərəfindən “Dünya Ana Dili Günü” təyin edilmişdir.

21 fevral 1952-ci ildə Pakistan dövləti tərəfindən Urdu dilinin rəsmiyyətə tanınması və Bənqal dilinin yasaq olması nəticəsində etirazlar başlamış və 4 öyrənci həlak olmuşdur. Bu etirazlardan sonra elə bu gün UNESCO tərəfindən “Dünya Ana Dili Günü” təyin edildi.

 

Ana dilində təhsil haqqı hər bir insanın doğal haqqıdır, bu haqq demək olar bütün insan haqqları konvansiyonları tərəfindən birbaşa vəya dolayısı ilə doğal haqq kimi tanınır. Bildirilir ki çox millətli ölkələrdə, uşaqlar məktəblərdə öz ana dillərində təhsil alma haqqına malikdirlər.

Xanım İrna Buruva UNESCO-nun baş katibi ana dili haqqında belə deyir: “dil, düşüncə və ehsasat bizim ən qiymətli dəyərlərimizdəndir. Kültürün gəlişməsi, diyaloq və söhbətlər dilə hörmətdən irəli gəlir. Dil bir şəxsin kimliyi və hətta o şəxsin kültürünün mühafizidir.”

 

Bu gün Dünya Anadili Günü; milyonlarca soydaşımızın anadilini qullana (istifadə) bilmədiyi, anadilində eğitim görəmədiği için haqq səsimizi dünyaya çatdırmalıyıq. Bilimsəl, demokratik eğitimdən uzaq tutmaq və asimilasiyon senaryoları çağdaş dönəmdə insanlığa qarşı ən iyrenc siyasət və kültürəl soyqırım sayılmaqdadır.
Rasist Fars rejimi çox gözəl bilir ki Azərbaycanımızın bağımsızlığı anadilimizin toplumun tüm alanlarında hakim olmsından asılıdır. Bunun için illərdir Güney Azərbaycanda yürütülməkdə olan bağımsızlıq hərəkatı ilk öncə Fars mərkəzli düşüncə və ideolojiyanı və eğitimi rədd etməkdə və ulu babalarımızdan bizə miras qalan Milli varlığımızın təməllərini oluşduran anadilimizi qorumaq və Türkçülüğümüzə sarılmaq olmuşdur.

Buna əsasən biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq bu günün millətimiz üçün nə qədər önəmli olduğun vurğulayıb, milli, mədəni və siyasi fəallarımızı bu mübarizədə daha güclü olmaya çağırırıq. Bu səbəbdən bütün ziyalılardan, tələbələrdən və müəllimlərdən istəyirik ki, hər il olduğu kimi bu il də qahramancasına özlərin göstərsinlər və bütün dünyaya iran rejimi tərəfindən 35 milyondan çox olan millətimizin ana dilinin yasaq olmasını bildirsinlər. Biz GAMOH olaraq hər zaman milli məsələlərdə millətimizin yanında olmuşuq və olacağıq.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

Şubat -2018

منبع:

Yorum Kapalı/ديدگاه بسته است.

GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG