O gün və o gecə
Ən ilkin xatirə o köçmüş əzizimizdən
-O gün…
Yirmi dörd il öncə (1364,1985) Təbrizin Eytim və Öyrətim idarəsi (Amuzeş ve Pərvəreş idarəsi) tərəfindən Təbrizin ictimai elmlər öyrətməni(dəbire ulume ectemai) olaraq Əmin adlı üç yolda(indi Əmin dörd yolu olmuşdur)yerləşən Siqətul-islam üst oxuluna(dəbirestan) atandım (höküm aldım). Artırlm ki mən dərs ilinin ortalarinda o oxula gonderilmisdim.
O oxulda olduğum sürəcdən(muddətdən) yalnız neçə xatirə yadımda qalmışdır, onların ən başında, aşağıda yazacağım xatirə durmaqdadır; o oxulda birinci gün və birinci kəz(dəfə)kilasa dərs vermək üçün getdim, dərs verəcəyimiz kitabin adı yuxarıda yazdığım kimi ictimai elmlər və o günün dərs qonusu(mevzusu)kültür idi.
Mən başladım kültür sözcüyünü (luğət-istilah) açıqlamağa və ardıcada onun anlamını (kanseptini-məfhumunu) incələməyə, bu arada öyrəncilərdən (şagird) birisi soru sual sormağa başladı, onun sorularını cavablamaq Kültür anlamının dərin və geniş açıqlanmasında və anlaşılmasında çoxlu yardımcı oldu.
Kültürün nə anlamda olduğu və nə qədər önəm daşıdığını vurqularkən, dərs kilaslarımda həməşəki kimi və adətim olduğu üçün, özümüzündə (Azərbaycan Türk millətinində) nə qədər dərin, güclü və neçə yonlu kültür və mədəniyyətə malik olduğunu açıqladım, ardıca kültürümüzün bölümlərinə, məsələn ədəbiyyat, ş`er, musiqi və… gənə də aynı öyrənci, bir mahnı oxumaq üçün əl qaldırdı, ona izin verdim mahnısını oxusun,o mahnıdan səhv etmirəmsə bir misrə ya bir beyt yadımda qalmışdır:”Gəzmə ceyran bu dağlarda,səni avlarlar”.
O mahnını oxuyan gözəl yüzlü, mələk sifətli, dim dik, 16 yaşlarında bir gəncidi,o yanqın və özləmli səsilə kilasda əcib bir hava və yaddan çıxmaz bir xatirə yaratdı.
O indi köçərək Gök Tanırın yanındadır, o millətimizin ən sevdiyi evladıdır, o millətçinin yolu yoldaşıdır,o Mühəndis Qulamriza Əmanidir…
Nisgil…
İlk görüşdə aşıq oldum xuyuna
qurban olum qamətinə boyuna
bağışla ki gələmədim toyuna
heç bilməzdim fələk salar oyuna
ayırsada oğulları atadan
ayıramaz səni bizdən pis dünya
Bir baxışla ,məni tora salan yar
yürəyimi fəth edərək alan yar
məni dərdə ,özü kefdə qalan yar
sonuca bax,sanki hər şey yalan,yar
ayırsada oğulları anadan
ayıramaz səni bizdən pis dünya
Hərzə fələk öyüd bilmir ay balam
düşünməzdim sən gedəsən mən qalam
qəlbim içrə zəhər kimi dərd salam
bu dərdilə ağrı sancı fəlc alam
ayırsada qardaşları qardaşdan
ayıramaz səni bizdən pis dünya
Sən gedəli dostun yüzü gülmədi
sadiq yoldaş göz yaşını silmədi
fələk bildi namərd insan bilmədi
ölmədin sən çün şəhidlər ölmədi
ayırsada qardaşları bacıdan
ayıramaz səni bizdən pis dünya
Sən millətin iyid oğlu gözüsən
dünya varkən dillərində sözüsən
qelbindəsən kəndisisən özüsən
millətçinin ən doğrusu düzüsən
ayırsada yoldaşları yoldaşdan
ayıramaz səni bizdən pis dünya
Mərak etmə istədiyin olacaq
getdiyin yol yolcularla dolacaq
faşistlərin yaz baharı solacaq
oğuz Türkü özgürlüyün alacaq
ayırsada sırdaşları sırdaşdan
ayıramaz səni bizdən pis dünya
Verdiyin qan əsir yurdun çarası
dolsa qanla yerlə göyün arası
dönməlidir xan çobanın sarası*
sağalacaq Oğuz Türkün yarası
ayırsada sadiq dostu dostundan
ayıramaz səni bizdən pis dünya
Çağrı Çöhrəqanlı
14/10/2009
Köçmüş yardan xatirələr (2)
On dörd il öncə (1374-1995)Təbriz şəhərindən İran parlamentinin beşinci dövrə seçgilerində aday(namzəd)oldum,doğrusun sorsaniz, adayliğim üçun heç kimsəile məsləhət- məşvərət (qoy götür-sal çix-ölç biç)etməmişdim.
Niyə ki illər öncədən öyrənci ve özəlliklə öyrətmən olaraq(Şəbüstərin özündə və Çehrəqan, Təsuc, Çeşməkünan, Topçu, Dizəc-Şeyxmərcan, Şeyxvəli, Meşin, Sis Kənd və şəhərlərində və Təbrizin Ferdovsi, Siqətol-İslam üst oxullarında və Şeyx-Şəms və Qara Məlik orta oxullarında, Təbrizdə Təbriz yuniversitəsi, Təbrizin Azərbaycan (Tərbiyət-Müəllim yuniversitəsi) və Tehranın Tərbiyət- Müdərris, Tehran ve Əzzəhra yuniversitələrində öyrətmənlik və ustadlıq yaparaq və Təbriz ,Tehran və Məşhədin Ferdovsi yuniversitələrində öyrənci olaraq) millətimizin sömürgəçi (şovinist və asimilasyonçu) bir hakimiyyətin ayaqları altında necə əzildiyini və nə qədər ağır zərbələr aldığını və get gedə əriyərək bitməyə sarı getməsini bütün vücudumla çalışdığım yerlərdə və o bölgələrin toplumları içində dərindən hiss edirdim.
Artı yüksək lisans və doktorluğumu etnik tanıma və dilçilik (mərdomşenasi və zəbanşenasi) üzərə aldığım üçün gərçekdən özümü uzman (speşiyalist-mütəxəssis) bir anatomist (təşrihçi) kimi alqılayaraq, hətta doğal olaraq millətimizin hiss etmədiyi sosyal və kültürəl xəstəlikleri və ondan doğan ağrı və sancıları bütünlüyü ilə hiss edirdim.
(Sayqıdəyər oxucuların diqqətinə çatdırmalıyam ki üstəki detaylı bilgilər bəzi dostlarımızın istəyi əsasında, milli hərəkatımızın necə, nəcur və hansı şərtlərdə başladığını gələcəkdə incələyənlər və araşdıranlar üçün verilmişdir, hər halda sözü uzaltdığımızdan dolayı üzür dilərik).
Beləliklə patalojik (zərər tanıma) açısından bir böyük millətin, millət olaraq gedərək qan qayıb etməsini və bu durumun sonunun nə olacağını anlaya bilirdim.
Dediyim kimi nəyin nə olduğunu olduğu kimi doğulduğum Çehrəqan qəsəbəsində, Şebüstər bölgəsinin kiçik və böyük kənd və şehərlərində, Qaradağın özəlliklə Kəleybər bölgəsinin ən ucqar kəndlərində (məsələn Ziryan ya Zərihan köyündə),Təbrizdə və məxsusən yaxlaşiq 10,000,000 soydaşımızın yaşadığı Tehran vilayətində (Tehran vilayətinin 16 milyon civarında nufusu olaraq, aşağı yuxarı yüzdə altmışını G.Azərbaycan Türkləri teşkil etməkdədir) can və ruhla duyaraq anlayırdım.
Ona görə adaylığı tam bir ulusal görəv və milli vəzifə kimi dəyərləndirərək bu qərara varmışdım.
Bu prasesə çox uzun və detaylı olduğu üçün dur diyərək o axşam və o gecə köçmüş əzizlə görüşümüzdən danışmaq istərdim, Tanrı izin verirsə yaxın gələcəkdə o qonu ilə ilgili geniş danışıq və ya yazılarımız olacaqdır.
O gecə…
Yuxarıda işarə etdiyim kimi o il, mən aday olaraq seçgilərə girdim və əvvəl Tanrı, ya millət diyərək o biri adaylarla yarışmaq üçün qolları sıvadım.
Sorsanız hansı imkanlarla, deməliyəm ki milyonlar G. Azərbaycanlının
şahid olduğu kimi, millətimize inanaraq və ona guvenerek.
Demək olar maddi açıdan boş əllər və ciblərlə bu addımı atmağa cəsarət etmişdim, dostların bildiyi kimi o zaman mənim hətta Təbrizde bir evimdə yoxidi, yuniversitə ustadı olduğum üçün geçici olaraq dəvlət tərəfindən verilən bir apartımanda otururduq (Vəli əsrin Gol-park şəhərciyinin sazimani apartımanlarında).
Seçgilər öncəsi gördüyüm bir yuxunun, seçimlərə qatılmam üçün çox etgisi olmuşdur, izin versəniz o yuxunu söyləyim, sonra sadiq dostla ilgili görüşümüzü açıqlayım.
Öncə deyim ki bu yuxu seçgilər öncəsi mənim dərs verdiyim yuniversitə kilaslarında və bəzi yaxın dostlarımıza açıqlanmışdır və necə yuxuda görülmüşdü eləcədə gərçək oldu:
“Mən ailəmlə birlikdə bir boş alanda (ağacsız yerdə) durar kimiyik, birdən birə ağır bir sel gələrək bizi götürür və içinə alır, sel çox kirli və çamurludur, seldə çoxlu əl ayaq çalandan sonra, çabalarımız və selə tamaşaya gələnlərin yardımı ile, ailə üzvlərinin bir azı qurtulur amma bəziləridə gedərək gözdən itirlər, sonunda get gedə sel durulmağa başlayır, mən və ailənin qurtulan üyələri çox təmiz və arınmış bir şəkildə o seldə boğulmaqdan qurtuluruq.”
Yuxunun ikinci bölümü:
“Sel tamaşasına gələnlər çox böyük bir toplantını təşkil edir və mən onlara danışmağa başlayıram, bir şeytana bənzər molla gələrək mənim danışığımı əngəlləməyə və məni tribun arxasından aşağı çəkməyə çalışır, insanlar o yaratığa izin vermir, sonunda çoxlu qara qoşun gələrək toplumla çatışır və məni tutuqlayıb o cəmdən uzaqlaşdırırlar (Tanrı şahiddir o şeytana bənzər molla yüzdəyüz Möhsün Müctehid şəbüstəri idi və Təbriz əhalisi onun nə qədər bizə və hərəkətə qarşı olduğunu və nə dərəcədə zərbələr vurduğunu bilirlər) və…
Hər halda adayların təbliğat sürəci başlanır və yavaş yavaş təkcə varlığım olan öyrəncilər də mənimle görüşə və fikir alış verişinə başlayırlar və bəzən məni Təbrizin çeşitli bölgələrindən gələrək görüş, danışıq və çıxış üçün öz məhəllələrinə (ev-hüseyniyyə-məscid) dəvət edirlər.
O dəvətlərin birisi Təbrizin Mənbeh məhəlləsindən idi, axşam çağı, qaş qaralan zamanlar idi, məni mərkəz ofisimizdə olan dostlardan oraya götürdülər, yetişdik və bizi qarşılayan o gözəlim mələk yüzlü genc idi.
Görüşürkən bağırlaşdı və çiynimden öpdü, dedi ustad məni tanıyırsanmı?
Dedim, Siqətul-İslamdan mı? Dedi hə özüdür ki var.
Danışdıqdan sonra anladım ki o əziz, maddi açıdan çox darda olmasına rağmən böyük qardaşının corab tikiş dükkanında çalışarkən axşamlarıda Təbriz yuniversitəsində Əkinçilik Mühəndisliyini oxuyub bitirmişdir.
O itirdiyim yarı, bir daha bulduğum və onunla sohbət və danışıq aparmaq, mənə yenilik və tükənməz bir eneriji vermişdir.
Doğrusu o əzizin duruşuğundan, baxışından və danışıqlarından və tam mənim tərsimə həməşəki gülər yüzündən, sədaqət, ərlik və iyidlik yağırdı, qamətinin dim dik olduğu kimi, söz və əməllərində də düm düz idi…
Görüşün ən önəmli bölümü, ayrılma zamanıydı, ayrılanda, dedim Mühəndis bildiyin kimi bu yol çox çətin və ağır yoldur,varmısınız, başlayaq?
Dedi varıq, dedim babalarımız dəmişkən,”öldüsü var döndüsü yox” bu yolun…
Dedim elədir, öldüsü var döndüsü yox bu yolun.
Hə o şəhid oldu, amma ilqarından dönmədi, o mum olub yandı, amma heç sönmədi və sönməyəcəkdirdə…
Yatdığı yer ışıq və Tanrı rəhməti daşıq olsun
Getdiyi yol yolculu və öncüllüyün etdiyi hərəkət son amacına varsın diləyi ile….
16/10/2009
Ulusal yurdər
Çağrı Çöhrəqanlı
Davam edəcəkdir
Köçmuş yardan xatirələr (3)
Muhəndis Əmani yaşadığı məhəlləsində (Mənbeh) tanınmış, çox sevilən ve sayqıdəyər bir şəxsiyyət idi, bu iddiaya tanıq o məhəlləden çıxan seçgilər sonucu idi (110 adayın seçgilər yarışında olmasına baxmayaraq o bölgədə seçmənlərin yüzdə doxsan ikisinin (%92) oyunu qazana bilmişdik).
O əzizin karakter və özəl xususiyyətlərinə toxunursaq deməliyik ki Şəhid Əmanının Təbriz yuniversitəsindən əkinçilik muhəndisliyi almış olmasına baxmayaraq, sanki bir sosyal elmlər və artı ədəbiyyat mevzunu idi.
O əziz çox sadiq düz ve doğru idi,onda əsla iki üzlülük ve fırıldaqçılıq görmədim, qarşısındaki insanın xoşuna gəlib gəlməyəcəyinə önəm vermədən gərəkən söz ve görüşünü çox rahat söyləyən birisi idi.
Məncə hər bir sadiq insan onunla yalniz bir kez oturub dursaydı onun çekicilik ve cəzzabiyyətindən etgilənməməsi imkansız idi.
Dilimizi beyan fenlərinə uyqun çox rahat qonuşan, qonuşmalarında atalar sözü ve məsəllərimizdən yararlanan bir xətib idı.
Azərbaycan ədəbiyyat və özəlliklə musiqisində məndən çox irəlidə idi.
Çoxlu Azərbaycanlı şairlərin şe`rlərini özden (əzbərdən) bilən və çoxlu aşıqların və müğənnilərin mahnıların özdənləyərək şur və əlaqə ilə oxuyan birisi idi.
Onda heç zaman qorxu hissi görmədim,ona görədə rejim məmurlarından heç zaman çəkinmedi və doğru bileni etdi və yapdı.
İllər boyu (beş il mən ev dostağında olan zamanlar, 1996-2001) evimə gəlib gedənlər ev qapısında və ya yaşadığımız küçənin ağzında rejim məmurları tərəfindən tanınır və çox zamanlarda tutuqlanırdılar, bunlara rağmən gəl gedini heç kəsmədi, demək olar ki onun qorxmamazlığı və bir yandanda rejimin alçaq məmurlarını saymamazlığı, şiddətlə onların sinirlənməsinə və hətta mühəndisə nisbət nifrət hissi tapmalarına səbəb olmuşdur.
Rejimin gizli servis məmurları onun bu tür davranışlarından cana gəlib bıxaraq onu normal olmayan bir şəkildə yurdərliyə (əsgərliyə) aldılar, o əzizi Tebrizə ən uzaq və ucqar bölgəyə göndərdilər (Birləşmiş Arəb Emirliyinə 12 KM qalmış, Əbu Musa adasına).
Bunların hamısına rağmən o əsla yorulmadı və yılmadi, o yurdərlik dövründə də heç zaman ilgi və ilişgisini telefonları, məktubları və altı ayda bir murəxxəsiyə gələrək görüşmələri ilə kəsmədi.
O köçmüş əzizin bu hərəkətləri inanın ki Təbrizin bütün İttilaat idarəsini caynağından çıxararaq, dəliyə çevirmişdi, ona görədə yurdərlikdən dönəndən qıssa bir sürəc sonra, onların təhdid və uyarılarına rağmən mənimlə irtibatını kəsmədiyi üçün sözdə qaçaqçılıq (sözdə mənimlə birlikdə qaçaq şampu aliş verişi yaptığı uçun,ona son göz daği vermək və məni tutuqlamağa başlanqıç və giriş olaraq tutuqladilar) suçundan yaxalandı.
Onu həftələr boyu işkəncə edəndən sonra mənimlə birlikdə inqilab məhkəməsinə gətirdilər (məhkəmənin muhakimə oturumunu bizi rusva edəcəklər diyə açıq tutmuşdular, xoşbaxlıqdan muhakimə oturumunda çöxlu G.Azərbaycanlı jurnalistlərdə varıydılar (aşağı yuxarı Təbrizin bütün jurnalistləri və hərəkətçi olaraq tanınmış Omide-Zəncan qazetəsinin Təbriz təmsilçisi, artı yirmiyə yaxın öyrənci və hərəkətçi də o oturuma nazir olaraq qatılmışdılar).
Muhakimə sürəcində və ondan sonrası müddətdə neçe önəmli qonuya işarə etməyimdə çoxlu yararların olduğunu düşünürəm:
(on dord il ustundən geçməsinə rağmən bəlkə bəzi yeni yetmə hərəkətçilərimizə musbət etgisi olur diyə yazıram,əslində bunları o işarə etdiyim hərəkətçilər açıqlamalıydı mən yox…
-Həftələr işkəncələrdən sonra hərəkətimizin dirəniş,doğruluq,düzlük və sədaqət simbolu,tam Ittilaat məmurlarının istəyinin tərsinə,heç ulkmədən,çəkinmədən və qorxmadan olayın böhtan,saxta və qondarmalığına təkid edərək,məndən(o zamanlar hələ hərəkət olaraq bir termin yaradılaraq yayılmamışdır)mudafiə etməsi.
-Hakim mənə Ittilaat məmurlarının huzurunda “sən Elçibəyin bəndəsisən (qulusan)” diyəndən sonra mənim ona cavabım: ”O özu tanrı quludur, mən qula qul olmam, amma sən şeytanın qulusan” ( başının üstündə olan Xamneyi ya da Xumeyninin şəkilinə işarət edərək).
-Mənim hakimə bu sözlərim (bunlar hamısı rekord olaraq orada hazır olan hərəkətçilərdə, o cumlədən işarə etdiyim qazetə təmsilçisində vardır və olmalıdır): ”Burax bu böhtanları, bunu bil ki bu gün Azərbaycanın bir oğlu var ki döşün versin sənin güllələrinin (qurşun) qabağına (qarşısına), amma sənde o cəsarət yoxdur ki tirbarçılarını (tətikçi, tüfekçi) hazırlayasan və bunuda bil ki Azərbaycanın bu gün bir oğlu var ki sənin dar ağacının ipini boynuna salsın, amma səndə o cür`et yoxdur ki dar ağacını qurasan “ və ardıca hakimin suyu bitmiş qazan kimi pörtməsi və bu cümləni deməsi “ bə deməmişdim bunu qoymayın danışsın? demədim o danışırsa hər şeyi bir birinə vuracaq?”
Çoxlarının bildiyi kimi muhakimə sonu məni sərbəst buraxmaq üçün,məndən ev qəbaləsi istədilər, dedim mən verməm, niyə verməm? Ona görə verməm ki heç bir günahım yoxdur və heç nədə isbatlayamadınız, ardıca məni aynı gün və mühəndisidə neçə gün sonrası zindana saldılar və mən nə etdiyimi və onun yeni hərəkətə başlayan (təti papı aşamasında olan) milli hərəkətimizə nəqədər müsbət etgilər buraxacağını bilərəkdən içəriyə girdim, sonralar hamımız nəqədər düz və doğru qərar verdiyimizi gördük, demək ki məzulm hərəkətin qırxlı uşaq kimi süt yerinə bizim udacağımiz və qusacağımız qanlara ana sütü kimi ehtiyacı varımış…
Ginə bildiyiniz kimi həmən mənim ölüm oruclarım başladı və…
Bunları sonralara saxlayalım və o gözəlim köçmüş yara dönəlim…
O əzizin milli hərəkətimizin alt yapısını (binövrəsini) salmaqda ve basmaqda bəzi çox önəmli rolları:
Ardı olacaqdır
20/10/2009
Ulusal Yurdər
Çağrı Çöhrəqanlı
(4 və son)
Şəhid Əmaninin G. Azərbaycan Milli Hərəkatının quruluşunda bəzi önəmli və etgili aktivitələri :
-Milli Hərəkatin quruluşundan öncə,öyrənci olaraq illər boyu yuniversitədə (Təbriz yuniversitəsində) və corab tikme işçisi olaraq, toplumumuzun gənc, dinamik və aktiv kəsiminin intibah və oyanışında, etgili və qalarcı rolu olmuşdur.
-1995 seçgilərində tam varlığıilə bir güclü mübəlliğ kimi qatılması,millətimizin oyanışında dərin rol oynamışdır.
-Yurdərlik döründə iki il sürgün (təbid) yaşaması ve beş ilə yaxın Təbriz və Tehran zindanlarında həbis yataraq əsla oportonist ve faşist hakim rejimə baş əyməyərək qururla dim dik ayaqda qalmasi,gərçəkdən millət və ozəlliklə millətçilərə hövür (cürət-cəsarət) qaynağına və onun özünüdə bir yenilməz dirəniş simgəsinə çevirmişdir.
-Mənim ən çətin və ağır günlərimdə yoldaş, qardaş, sırdaş, və ən önəmlisi bir əlin barmaq sayısı silahdaşlarımdan birisi olaraq, mənim ümüd və özgüvənimi (etemad be nəfs) qoruyaraq artırmaqda danılmaz ve unudulmaz rolu olmuşdur.’
-Mənimlə birlikdə jeo-polotik terminasyon kətəqorusu (məqulə)açısından, vətənimizin siyasal tarixində birinci kez (dəfə) olaraq Cənubi Azərbaycan yerinə Güney Azərbaycan siyasi-cuğrafiyayi terminini yaradaraq, işlədərək bü gün bütün dünya səviyyəsinde yerinə salib, təsbit etməsinde çox etgili rolu olmuşdur.
(Bizim bildiyimizə görə belədir, əyər birisinin ayri tür (muğayir) baxış və görüşü elbətdəki sırtifikalı (sənəd-mədrək) olursa,alçaq gönüllülüklə (təvazö) qəbul edərək, qamu oyundan üzür diləməyə hazır olduğumuzu bildiririk).
-Mənimlə birlikdə Jeo-polotik və polotik terminasyon kətəqorusu açısından ilk kez Güney Azerbaycan Milli Hərəkatı (GAMH) siyasal kompleks (mürəkkəb) terminini yaradaraq, işlədərək bugün bütün dünya səviyyəsinde yerinə salıb, təsbit etməsinde çox etgili rolu olmuşdur. (bizim bildiyimizə görə belədir,əyər birisinin ayrı tür (muğayir) baxış və görüşü elbətdeki sırtifikalı (sənəd-mədrək) olursa, alçaq gönüllülüklə (təvazö) qəbul edərək, qamu oyundan üzür diləməyə hazır olduğumuzu bildiririk).
-Mənimlə birlikdə polotik terminasyon kətəqorusu açısından G. Azərbaycan siyasal tarixində ilk kez Milli Herekat aktivistlərinə sosyo-polotik termin olaraq, Millətçi sözcuyunu yaradaraq (icad edərək) işlədərək bü gün bütün dünya səviyyəsinde yerinə salib,təsbit etməsinde çox etgili rolu olmuşdur.
(bizim bildiyimizə görə belədir,əyər birisinin ayri tür (muğayir) baxış və görüşü elbətdeki sırtifikalı (sənəd-mədrək) olursa, alçaq gönüllülüklə (təvazö) qəbul edərək,qamu oyundan üzür diləməyə hazır olduğumuzu bildiririk).
-Mənimlə birlikə etniksəl ve sosyo-polotik terminasyon kətəqorusu açısından ilk kez olaraq G. Azərbaycan toplumu yerinə , G.Azərbaycan milləti və ardica G.Azərbaycan Türk milləti kompleks terminleri seçilərək itlaq edilmişdir.
Bildiyiniz kimi bu terminler, Məşrutə devrimi, Xiyabani qiyamı, Pişəvəri hərəkəti və Müsəlman xalq hərəkatında yaradılaraq istifadə olunmamışdır.
(bizim bildiyimizə görə belədir, əyər birisinin ayrı tür (muğayir) baxış və görüşü elbətdəki sırtifikalı (sənəd-mədrək) olursa, alçaq gönüllülüklə (təvazö) qəbul edərək, qamu oyundan üzür diləməyə hazır olduğumuzu bildiririk).
-Güney Azərbaycan Milli Hərəkatını (GAMH) hörgüt və ya təşkilat olaraq qurulmasında, (1995-lərdə barmaq sayısı yoldaşlarla birlikdə (mənim Təbrizdəki evimdə) ən etgin rolu olan hərəkət öncüllərindən birisi olmuşdur.
-Şəhid mühəndis Əmani,təşkılatın quruluş tarixindən şəhadət anına dek(1995-2008) GAMOH,un iç qol başqanlığı sorumluluğunu daşıyaraq 14 il sürəcində millətimizin qurtuluş hərəkatı tarixindən əbədiyyətən silinməyəcək qəhrəmancasına olaylar ve aktivitələrə qol çəkərək özəl şəxsiyyətiilə taysız və misilsiz rollar oynamışdır.
(Gorünür bəzi əzizlər (hələlik bir əziz) (çoxuna bəlli olmayan amma mənə illərdir bəlli olan nədənlərə görə) çalışırlar, Türkiyyəlilər demişkən, hər halı karda o köçmüş qəhrəmanımızın GAMOH teşkilatınin iç qol başqanı (GAMOH başqan yardımcısı) olmasını elə ya da belə inkar etsinlər,
və GAMOH’un öz həddində o böyük insana sayqı göstərməklə, borcunu ödəməsinidə, ona tohin kimi alqılasınlar və dünənə qədər təşkilat sitələrində və ya hər bir başqa imkanları ile (sənədlərimiz vardır) onun şəhid yox, otomobil qəzasında həlak (!!??) olmuş birisi kimi tesdiqləyərək yayanlar,o əzizin GAMOH iç qol başqanlığında danmağa və inkar etməyə başlamışlardır və…
Bu tür əzizlərə yalnız bunu deməliyəm ki, elə etməyək ki çox az olan güc və enerijimiz, ciddən boş iddialarla heç yerə harcansın,
Əzizim axı belə eyləmiyəlim, dünənə dək deyirdik GAMOH başqan yardımcısıdır amma, Şəhid deyil,
indiki axıtdığımız göz yaşlarımızla onun şəhadətinin haqsızcasına inkar edilməsinin qarşısını ala bilmişik, 180 dərəcə dönərək diyəlim ki hə, indi ki şəhiddir, bəs GAMOH iç sorumlusu deyilmiş və ….)
Onun bu sorumluluğu daşıdığına hər birisi o əzizə bənzər və ən tanınmış və həzinə vermış, iç hərəkət öncülləri(GAMOH-MK) tanıq və şahiddirlər.
Tanrının izni ilə bu sorun burda bitər, mən də bu tip əzizlərə yalniz iki öyüd verməklə, elə burda buraxaraq əriyib, itib, bitməsinə imkan yaradacağam və dediyim az enerijimizi də güclü düşmənlərimizlə qarşılaşmağa saxlamağa çalışacağam.
Amma əyər bəzilərinin aşıb daşan enerijiləri onları dahada bu tür boş işləri yapmağa məcbur edirsə, o zaman çoxlu məsələlər vardır ki yazı ve ya danışıq yolu ilə indiyə dək o köçmüş şəhidimizin xatırına görə, hərəkətimizin və millətimizin yazıq durumuna görə ve özəllikle her an bizi izləyən və dinləyən düşmənlərimizi sevindirmeyek diyə içimizdə üst üste qalayaraq saxlamağa çalışdıqlarımızı, açıqlamaq zorunda qalacayıq).
Amma iki öyüd :
-İp üstünə un sərməyəlim.
-Dalıdan daş atmayalım.
Ulusal yurdər
Çağrı Çöhrəqanlı -22/10 2009