Məramnamə
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Məramnaməsi
20-ci əsirdə imperiyaların açıq sömürgəçilik-istismar siyasətinə son qoyulsa da, gizli sömürgəçilik 21-ci əsrin başlanışında da davam etməkdədir. Bunun ən bariz nümunələrindən biri Azərbaycan xalqına yönəldilən çirkin siyasətin nəticəsidir.
Dünya mədəniyyətinə böyük dahilər bəxş etmiş, bəşəriyyətə zəngin dövlətçilik irsi buraxmış Türk millətinin böyük bir qısmı hələ də millətlər dustağı olan İranda ən ibtidayi hüquqlarından belə məhrum halda inildəməkdədir.
Müstəmlekçilik və ırqçılılığın saxlanılması beynəlxalq cinayət olmaqla yanaşı, ümumi sülhə təhlükə yaradır. Onların aradan qaldırılması uğrunda mübarizə ilə bağlı baş verən münaqişələr idarə edən dövlətin daxili işi deyil, beynəlxalq münaqişələrdir.
Birləşmiş Millətlər Təşkilatının IVIII Baş Məclisinin 1 Dekabr 1973-cü 3103 sayılı qətnaməsində göstərilir ki, xalqların müstəmlekə hökmranlığı və ırqçı rejimlər əleyhinə mübarizəsi ilə bağlı silahlı münaqişələrə 1949-cu il Cenevrə Konvensiyası anlamında silahlı münaqişə kimi beynəlxalq münaqişə kimi baxılmalıdır. Keçən əsirde daxili ve xarici düşmənlərin vasitəsi ilə Güney Azərbaycanda baş verən azadlıq hərəkatları-Səttaxan, Xiyabani, Pişəvəri və Şəriətmedari hərəkatı- tamamı ilə məğlubiyyətə uğradı.
Lakin bunlara baxmayaraq Azərbaycan xalqı xarici ve daxili düşmənlərə qarşı mübarizəsini heç bir zaman dayandırmayıb və bu günə qədər davam etdirməkdədir. Necə ki, keçen əsrin sonlarında inqılabların beşiyi olan Təbriz şəhərində yeni bir hərəkatın şahidi olduq. Dr. Mahmudəli Çöhrəqanlının başçılığı ilə Güney Azərbaycanda yaranmış Milli Oyanış Hərəkatı, Türkçülük məfkurəsini daşımaqla milli olmayan bütün ideoloqiyaları süquta uğratdı. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), BMT-nin 15 Dekabr 1948-ci və 16 Dekabr 1966-cı beynəlxalq və insan hüquqları haqqında qəbul edilmiş bəyannaməsini eləcə də beynəlxalq hüququn prinsiplərini əsas tutaraq Güney Azərbaycan xalqının öz müqəddəratını təyin etməsi uğrunda mübarize aparır. Və bu mübarizədə üç məfkurəni (Türkçülük, Çağdaşlıq, İnanc Özgürlüyü)-nü özünde daşımaqla, Birləşmiş Millətler Təşkilatı və Avropa Şurası kimi beynəlxalq təşkilatların, eləcə də dünyaya səpələnmiş mühacirət həyatı yaşayan Güney Azərbaycan Türklərinin himayəsini qazanaraq daha da genişlənmiş və genişlənməkdədir.
Qeyd etməliyik ki, öz müqəddəratını təyin etmə prinsipi əsas insan hüquq və azadlıqlarından biridir. Bu prinsip realizə edilmədən, insan hüquqlarının müdafiəsi olduqca çətinləşəcək. BMT Baş Məclisinin 24 Dekabr 1950-ci il 421-sayılı qətnaməsində də xalqların öz müqəddəratını təyin etmə hüququnu əsas insan hüquqlarından biri kimi verilmişdir. Öz müqəddəratını təyin etmə prinsipinin inkişafı müstəmlekə ölkə və xalqlarına müstəqilliyin verilməsi haqqında 1960-cı il bəyannaməsində, beynəlxalq hüququn prinsipləri haqqında və bir sıra öbür sənədlərdə əks olunmuşdur. Öz müqəddəratını təyin etmə prinsipinin müdafiə olunmasi ölkə, qitələrin bölünməsi və parçalanmasının təşviq edilməsi anlamında deyil. 1970-ci ilin bəyannaməsində xüsusi olaraq qeyd olunur ki, əgər suveren və müstəqil dövlətlər, birincisi, xalqların hüquq bəraberliyi ve öz müqəddəratını təyin etmə prinsipinə əməl etməklə fəaliyyət göstərirsə və ikincisi, bunun nəticəsində irqindən, dini etiqadından və dərisinin rəngindən asılı olmayaraq, bu əraziyə mənsub olan bütün xalqları təmsil edən hökümətə malikdirlərsə, öz müqəddəratını təyin etmə prinsipi onların ərazi bütövlüyünün və ya siyası birliyinin parçalanmasına, ya xud tam və ya qismən pozulmasına gətirib çıxaracaq hər-hansı hərəkəti sanksiyalaşdıran ve təşviq edən kimi təfsir olunmamalıdır. Başqa sözlə, öz müqəddəratını təyin etmə məqsəd deyil, müstəqil inkişaf dövründə istənilən xalqın qarşısına çıxan məsələrin həlli vasitəsidir.
Öz müqəddəratını təyin etmə hüququnun iki tərəfi var:
Zahiri tərəfinə görə xalq və ya millətin beynəlxalq səpgidə öz siyasi statusunu müəyyən etmək imkanı var. Daxili terəfinə görə isə, xalq və ya millət öz siyasi, iqtisadi və sosyal quruluşunu müəyyən edə bilər. Bu iki tərəfin vəhdəti öz müqəddəratını təyin etmə hüqunun məzmununu təşkil edir. Öz müqəddəratını təyin etmə prinsipinin zahiri tərəfi xalq və ya millətin aşağıdakı hüquqlarının tanınmasını nəzərdə tutur;
A) Ayrılmaq və ya müstəqil dövlət yaratmaq;
B) Digər dövlətə birləşmək məqsədi ilə ayrılmaq;
C) Bu xalq və ya millətin tərkibinə daxil olduğu dövlətlə unitar dövlətdə və ya fedrasıya, muxtariyyət əsaslarıyla birləşmək və s.
Öz məqəddəratını təyin etmə prinsipinin daxili tərəfi;
Yəni xalqın öz daxili işlərini kənardan müdaxilə olmadan həll etmek hüququ xalq və ya millətin aşağıdakı;
A) Öz ictimayi və dövlət quruluşunu müəyyən etmək;
B) Öz təbii sərvətləri üzərində azad sahiblik etmək və öz ölkəsinin iqtisadiı həyatına rəhbərlik etmək;
C) Mədəniyyət, din və s. kimi digər daxili məsələləri həll etmək hüquqlarının tanınmasını nəzərdə tutur.
Əmn-amanlığa təhlükə törədən şərayit yaranarsa, beynəlxalq birlik BMT Təhlükəsizlik Şurasının qərarı əsasında öz müqəddəratını təyin edən xalqa yardım etməlidir.
Əsas prinsiplər:
Türkçülük;
Türkçülük, Türk millətini yüksəltmək deməkdir.
Ziya Gökalp
Gökalpın fikirincə Türkçülük siyasi bir partiya deyildir. elmi, fəlsəfi, stetik bir məktəbdir. Başqa bir deyimlə, kültürlə bağlı bir çalışma və yeniləşim yoludur. Türkçülüyün siyasi mahiyyət daşımadığını görkəmli ictimai xadim və şair Əlibəy Hüseynzadə də vurğulayır. Bununla birlikdə, Türkçülük büsbütün siyasi məfkurəlerə də biqanə qalmır. Ona görə ki, Türk külütürü digər məfkurələr ilə birlikdə siyasi mefkurələr də malikdir. Məsəla, Türkçülük heç bir vaxt klerikalizm, teokratiya zülm rejimi ilə sazişə girə bilməz.
Türkçülük çağdaş bir axımdır və ancaq çağdaş mahiyyət daşıyan axımlar və məfkurələr ilə sazişə girə bilər. Böyük Türk sosyoloqu Ziya Gökalp Türkçülük axımının ortaya çıxmasını ictimai hadisə adlandırır və bu hadisənin izahında tarix materyalizmi və ictimai məfkurəçilik baxışlarına aid iki zidd nəzəriyyəni qaşımıza qoyur: Birinci nəzəriyyəyə görə Türkçülük yalnız iqtisadi səbəblərdən doğmuşdur. Və ikinci nəzəriyyəyə görə, Türkçülük axımının doğması ictimai quruluşun dəyişikliyə uğramasından irəli gəlmişdir. Ziya Gökalp əlavə edir: Türkçülüyün ilk əsaslarından biri “Xalqa doğru” prinsipidir. Xalqa doğru getmək isə seçginlərin (seçilmiş adamların) üzərine düşür. Seçginlər burada iki görəvi daşımalıdırlar. Birincisi xalqın içində yaşayaraq, ondan milli kültürü bütünlüklə almaq, ikincisi xalqa mədəniyyət aparmaq.
Ziya Gökalpa görə, xalqda mədəniyyət yox milli kültür var. O, milli kültürlə mədəniyyət arasında oxşarlıqları və fərqlilikləri belə izah edir:
Milli kültür ilə mədəniyyət arasında həm bir birləşmə yeri, həm də ayrılıqlar vardır. Kültür ilə mədəniyyət arasında birləşmə yeri ikisinin də bütün toplumsal həyatları içlərinə almasından ibarətdir. Toplumsal həyatlar bunlardır: Din, əxlaq, hüquq, ağıl, stetika, iqtisadiyyat, dil və texnika ilə bağlı həyatlar bu səkkiz növ toplumsal həyatın toplamına cəmiyyətdə kültür adı verildiyi kimi, mədəniyyətdə deyilir. Kültür ilə mədəniyyətin arasındakı ayrılıqlar bundan ibarətdir ki, birincisi kültür milli olduğu halda, mədəniyyət uluslararasıdır. Kültür yalnız bir millətin din, əxlaq, ağıl, stetika, dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütündür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox bütünüdür. Məsəla, Avropa və Amerika mədəniyyət dairəsində bütün Avropalı millətlərin ortaq bir qərb mədəniyyəti vardır. Mədəniyyətin içində biri-birindən ayrı və bağımısız bir İngilis kültürü, bir Fransız kültürü, bir Alman kültürü və s . mövcuddur. Biz Güney Azərbaycan Türklərinə Türkçülüyü aşılamaq üçün millətimizdə milli şüur oyatmalıyıq. Ona görə ki, ümumi bir qayda olaraq, tarix göstərir ki, hansı millətde milli şüur oyanıbsa o millətdə tərəqqi və təkamül axımı yaranıb və hər şey yüksəlməyə başlayıb və o, millət müstəmlekə olmaq təhlükəsindən əbədi olaraq yaxa qurtarıb. Bunun ən bariz nümunələrindən Avropalılardırlar. Bu millətlərdə milli şüurun oyandığına görə Avropanın heç bir ölkəsində müstəmlekə yaratmaq mümkün deyildir.
Biz mədəniyyətdə Avropa millətlərindən geri qalsaqda, kültür yönündən heç bir milləti özümüzdən üstün bilmirik. Bizə görə, Türk kültürü, dünyaya gəlmiş və gələcək kültürlərin ən gözəlidir. Buna görə də, nə Fransız, nə Alman nə də başa hər-hansı kültürünün təqlidçisi və əsiri olmağımız mümkün deyildir. Biz onları da digər kültürlər kimi yalnız, millətlərinə məxsus xüsusi kültür hesab edirik. Onlardan da başqa kültürlər kimi eqzotik-qarışıq bir zövqlə ləzzət alırıq. Türkçülük bütün eşqi ilə yalnız öz orjinal kültürünə vurğun olmaqla bərabər, şovinist və fanatik deyildir. Qərb mədəniyyətini tam və nizamlı surətdə almağa girişdiyi kimi, heç bir millətin kültürünə qarşı laqeydliyi və saymazlığı da yoxdur. Əksinə bütün milli kültürlərə dəyər verib və hörmət edirik, hətta bir çox pisliklərini gördüyümüz millətlərin belə, siyasi təşkilatlarının sevməməklə bərabər, mədəni və kültürəl əsərlərinə hörmət edib, mütəfəkkirlərinə və sənətkarlarına qarşı sayğı ilə yanaşırıq. Bizə görə Türkçülüyün məqsədi Türk milli kültürü və milli şəxsiyyəti yaratmaqdır. Bu məfkurə inanc özgürlüyü və qərb mədəniyyəti ilə tamamlanır.
Çağdaşlıq;
Araştırmalar göstərir ki, ilk çağda (ibtidayi icma dövründə) Aralıq dənizi sahillerində yaşayan millətlər arasında ortaq olan bir Aralıq dənizi mədəniyyəti varıdı. Bu mədəniyyət Misirlərin, Şumerlərin, Hettilərin, Assuriyalıların, Finikiyalıların və s.nin yardımı ilə yaranmışdır. Aralıq dənizi mədəniyyətindən, əski Yunan mədəniyyəti, Yunan mədəniyyətindən də, əski Roma mədəniyyəti bu son mədəniyyətdən də şərq və qərb mədəniyyətləri doğdu. Asiyanın şərqində bir uzaq şərq mədəniyyəti də vardı. Çinlilər, Monqullar, Tonquzlar, Tibetlilər, Hind-Çin xalqları indi də o mədəniyyətin çərçivəsindədirlər.
Ziya Gölalpa görə:
“Mədəniyyət bir qrup qovmların, müəssisələrin (inistutların) yeni düşünüş və icra tərzinin məcmusudur.” Onun fikrincə, qərb mədəniyyətini Xıristiyan mədəniyyəti adlandırmaq düzgün deyildir. Necə ki, şərq mədəniyyətini İslam mədəniyyəti adlandırmaq olmaz. Bütün bunları nəzərə alaraq, təbii ki, uzaq şərq və şərq mədəniyyətləri gəlişmiş bir mədəniyyətə çevrilmədikləri üçün Türk millətinə yararsızdırlar. Burada yalnız gəlişmiş mədeniyyət qərb mədəniyyətidir.
Müasirləşmək isə qərb mədəniyyətinə daxil olmaq deməkdir. GAMOH-a görə müasirləşmək, şəkilcə və yaşayış tərzi ilə Avropalılara bənzəmək deyildir, müasirlik Avropadan yalnız elmi teknolojik birliklərin alınmasını bizdən tələb edir. Başqa millətlər çağdaş mədəniyyətə daxil olmaq üçün keçmişlərindən uzaqlaşmağa məcburdurlar, halbuki, Türklərin qərb mədəniyyətə daxil olmaları üçün, yalnız əski keçmişlərinə dönüb baxmaları yetərlidir. Əsgi Türklərdə dini ifrat və işkəncə verici ainlərdən və ibadətlərdən arınmış və fanatizmdən, din inhisarçılılığından qurtulması, Türkləri həm qadınlara, həm də debaşqa xalqlar haqqında çox mərhəmətli etmişdir.
Əski Türklər həm demokrat, həm də qadın hüquqlarına hörmət edən qədim femenistdirlər. Türklerin femenist olmasının başqa bir səbəbəbi də Şamanizmin qadındakı müqəddəs qüvvəyə söykənməsidir. Beləliklə, heç bir xalq əski Türklər qədər qadın cinsinə hüquq verməmiş və hörmət göstərməmişdir. Vurğulamaq lazımıdır ki, əski Yunanlıların mədəniyyətdə müəllimləri Skiflər, əski Xalidilərin isə Şümerlər olduğu kimi əski Germanların ustadları və tərbiyəçiləri də Hunlar idi. Həmçinin əski Türklər sülh dininə tabe olduqları üçün, başqa millətlərin din, siyasət və kültürlərlə bağlı olan varlıqlarına hörmət edirdilər. Hətta özlərine iç el və başqa millətlərə dış el adlarını verərək bütün millətləri bir sülh dairəsi içində bir beynəlmiləl birlik halında görürdülər. Fikrimizcə gələcəkdə tərəfsiz bir tarix, demokratiyanın və femenizmin-qadın hüquqlarına yetərincə hörmət mənasında- Türklərdən doğduğunu etiraf etməli olacaqdır. Bir sözlə, hər millətin yer üzündə icra edəcəyi tarix və mədəni missiyası vardır. Türk millətinin missiyası isə əxlaqın ən yüksək dəyərlərini gərçəkləşdirmək, görünməmiş fədakarlıqların və igidliklərin mümkün olduğunu isbat etməkdir. Biz mədəniyyətdən, marif və təhsil baxımından, iqtisadiyyat və yetginlik yönündən Avropa millətlərindən çox geri qaldığımızı danmırıq və mədəniyyətcə onlara çatmaq üçün var qüvvəmizlə çalışmalıyıq. Biz Türklüyümüzü qoruyub saxlamaq şərti ilə qərb mədəniyyəti dairəsinə qəti olaraq girməliyik. Biz elmdə, fəlsəfədə, texnikada ve digər mədəni sistemlərdə tam bir Avropalı kimi hərəkət etməliyik.
Böyük Azərbaycan şairi Hüseyn Cavid demişkən:
Lazımsa cəhalətlə döyüşmək bir çarə var ancaq yeniləşmək.
İnanc özgürlüyü;
Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Türkçülük məfkürəsini özündə daşımaqla Güney Azərbaycanda bütün qeyri-milli ideoloqıyaları süquta uğradıb. Lakin bu, o demək deyil ki, hərəkatımız inhisarçılığa yol verir. Əksine bu hərəkat əsrin tələblərinə görə gəlişmiş bir hərəkat olaraq inanc özgürlüyünü və vicdan azadlığını əsas məfküre kimi özündə daşıyır.
Beləliklə hər bir insanın şəxsi əqidəyə (hətta yalnış olsa belə), öz daxili aləmində malik olmaq hüququ var. Ona görə ki, hər kəs inandığına həqiqət, inanmadığına isə yalnış kimi baxır. Çoxsayılı əqidələrin və təriqətleərin meydana gəlməsi, teriqətçilərin öz əqidələrini inadkarlıqla müdafiyə etməsi cəmiyyətdə dini dözümlülük ideasını yaratmalıdır. GAMOH, etiqad azadlığını əsas tələblərdən biri kimi irəli sürür. Və hər bir insanın öz müqəddəratını təyin etmə hüququna inanır. Dini etiqad azadlığı hər-hansı dövlətin rədd edə bilməyəcəyi əsas “təbii hüquq”lardan biri kimi qəbul edilir. İnsan ağlının təbiəti elədir ki, heç bir xarici qüvvə onu nəyəsə məcbur edə bilməz. İnsan, hər-hansı zor və məcburiyyətdən azad olmalıdır.
Hər bir etiqad insan ürəyinin dərinliyində özünə yer etməyibsə və vicdanla tam razılığa gəlməyibse, onda formal sitayişin və hörmətin heç bir əhəmmiyyəti yoxdur. Belə bir insanı sadəcə tövsiyə, məsləhət və öyüdlərlə yola gətirmək olar. Heç bir şəxs başqasının mülki nemətlərinə, yalnız onun din və ayinlərdən imtina etdiyinə görə heç bir halda təcavuz etməməli, yaxüd ona ziyan vurmamalıdır. Bütün insanların dini etiqabından asılı olmayaraq bütün insani ve mülki hüquqları müqəddəscəsinə qorunmalıdır.
Bir fərdə dinçi və yaxud dinsiz olmağından asılı olmayaraq heç bir zorakılıq və qanunsuzluq tətbiq edilməməlidir. Xeyrxahlıq və insanilik borcu, hüquqi yanaşmadan da üstün olmalıdır. Bunu ağıl və bəşəriyyət arasında təbiət tərəfindən bərqərar edilmiş ittifaq tələb edir. Əgər kimsə haqq yolundan dönürsə, bu yalnız onun özünün bədbəxdliyidir. Bu adam heç bir şərayitdə təhqirlərə məruz qalmamalı və dünyanın nemətlərindən məhrum olunmamalıdır. Beləliklə, GAMOH hesab edir ki, öz ruhu haqqında qayğı hər kəsin özünə ayiddir.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Güney Azərbaycan əhalisinin çoxsayılı və azsayılı dini etiqadlarına və ideoloqiyalarına sayğı və hörmətlə yanaşaır. Bütün bunları nəzərə alaraq Güney Azərbaycan Milli Oyanış Hərəkatınca Güney Azərbaycan Türkünün, milli idealoqiyası bu tərzdə ifadə edilməlidir:
Türkəm, Müasirəm, Özgürəm.