12:22:30 - Salı 28 Şub 2017
Güney Azərbaycan milli fəallarına qarşı verilən ədalətsiz hökümlərlə bağlı GAMOH təşkilatının bəyaniyyəsi:
Güney Azərbaycan milli fəallarına qarşı verilən ədalətsiz hökümlərlə bağlı GAMOH təşkilatının bəyaniyyəsi: Son günlərdə şovenist və qəddar İran rejiminin məhkəməsi tərəfindən milli fəallarımıza qarşı ədalətsiz höküm verilmişdir. Bu əsasda milli hərəkatçılar gərək ömürlərinin ən dəyərli zamanlarını həbsdə və sürgündə geçirsinlər. Əgər hakim tərəfindən milli fəallara qarşı verilmiş bu tapşırıqlı hökümlərin içini hüquqi baxımdan analiz edərsək, […]

Güney Azərbaycan milli fəallarına qarşı verilən ədalətsiz hökümlərlə bağlı GAMOH təşkilatının bəyaniyyəsi:

Son günlərdə şovenist və qəddar İran rejiminin məhkəməsi tərəfindən milli fəallarımıza qarşı ədalətsiz höküm verilmişdir. Bu əsasda milli hərəkatçılar gərək ömürlərinin ən dəyərli zamanlarını həbsdə və sürgündə geçirsinlər.

Əgər hakim tərəfindən milli fəallara qarşı verilmiş bu tapşırıqlı hökümlərin içini hüquqi baxımdan analiz edərsək, müəyyən edilmiş ittihamlar tamamilə əmniyyət qüvvələrinin tapşırığıdır. İran Ana Yasasına əsasən aşağıda yazdığımız maddələr bu hökümlərin tapşırıq olmasının tam sübutudur:

Ana yasanın 15-ci maddəsinə əsasən, İranın müştərək dili Fars dilidir və dövlət orqanlarında bütün yazışmalar Farsca olmalıdır, amma hər millət və etnik öz bölgələrində mətbuat və medyada ana dillərindən istifadə edib və öz dillərində Fars dili ilə yanaşı təhsil ala bilərlər.

Ana yasanın 19-cu maddəsinə əsasən, İran əhalisi hər hansı millətdən və etnikdən olursa olsun bərabər və eyni hüquqa sahibdirlər, rəng, ırq və dil və s.. üstünlük daşımır.

Ana yasanın 27-ci maddəsinə əsasən,  silah daşımadan yığıncaq və yürüş təşkil etmək,  əgər İslam qanunlarına zidd olmasa azaddır.

Ana yasanın 48-ci maddəsinə əsasən, təbii ehtiyatların istismarı və vilayətlər içində milli gəlirlərin və iqtisadi inkşafın paylaşımında ölkənin fərqli bölgələri arasında ayrıseçkilik olmamalıdır, hər bir bölgəyə öz qaynaqlarına görə dövlət tərəfindən imkanlar yaradılmalıdır.

Verilən hökümlərin içini İran ana yasası (konstitusya) ilə qarşılaşdırdığımızda görünən bu ki, verilən hökümlər əmniyyət qüvvələri və “Ettelaat” tərəfindən hazırlanmış və məhkəməyə verilmişdir.

Biz Güney Azərbaycan Millli Oyanış Hərəkatı (GAMOH) olaraq, İran rejiminin öz ana yasasına bağlı qalmayaraq millətimizin ən ilkin hüquqlarını tabdalamağını şiddətlə qınayıb və məhkum edirik.

İran rejiminin bu davranışı həm də Anadili Günündə insan haqları konvensiyalarına ihanət hesab edirik. Bizə görə bu hökümlərdən sonra milli hərəkatçıların kütləvi şəkildə məhkəməyə çağırışları qanunsuzluqdur.

GAMOH olaraq bildiririk ki, milli hərəkat mənsublarını müdafiə etməyi özümüzə borc bilib və bu istiqamətdə İran rejiminin insan haqlarına zidd olan bütün davranışlarına etirazlarımızı bildirəcəyik. Bu istiqamətdə bütün insan haqları orqanları və təşkilatları ilə müşavirə edib gərəkli məlumatları çatdıracayıq. Əziz soydaşlarımızı müdafiə etmək bizim milli borcumuzdur.

Güney Azərbaycan Milli Oyanış Hərəkati

GAMOH

منبع:

Yorum Kapalı/ديدگاه بسته است.

GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG