GAMOH 1995-ci ildə ən ağır təzyiqlər, həbslər və işgəncələrə dirənərək Azərbayacan haqlarının uğrunda açıq mübarizəyə və Azərbaycan Türkçülüyü təfəkkürünün kütləviləşdirilməsi hərəkatına start verən və başçılıq edən Dr. Çöhrəqanlı və onun silahdaşlarının tərərfindən gizli şəraitdə çeşitli kod adları altında yaradılmışdır.
Güney Azərbaycanda baş verən kütəlvi aksiyalara, etirazlara, marifçilik hərəkatına, milli şüurun yüksəldilməsi və milli oyanış davasına başçılıq etmiş və etməkdədir. İran adlanan ölkənin durumunu nəzərə alaraq içəridə Güney Azərbayacan Milli Hərərkatı adı altında çalışmaqdadır. GAMOH – Türkçülüyə, Muasirliyə ve İnanc Özgürlüyünə söykənən, yüzə qədər elmi- ədəbi, milli-mədəni, ictimai-siyasi qurumu ətrafında birləşdiren və milyonlarla tərərfdarı olan böyük demokratik, siyasi-ictimai hərəkatdır.
GAMOH’un onlarla üzvü, rejimin qurbanı olmuşdur. Minlərlə üzvü və tərərfdarı rejimin təzyiqləri altındadır, yüzlərlə üzvü və tərəfdarı isə həbsxanalardadır. GAMOH’un Mərkəzi Qerargahı Güney Azərbaycanda yerləşir. Ünvanı gizli saxlanılır. Əsasən Güney Azərbaycanda fəaliyyət göstərən GAMOH’un İranın başqa bölgələrində də komitə və şöbələri çalışmaqdadır. 2002-ci ildən başlayaraq GAMOH’un xarici nümayəndəlikləri və təmsilçilikləri də açılmışdır.
Hazırda GAMOH’un xarici ölkələrdə fəaliyyət göstərməkdədir. GAMOH, Birləşmiş Millətlərin müxtəlif komissiyalarının, Dövlətsiz Millətlər Örgütü UNPO, bir çox beynəlxalq qurumların, Avropa Birliyinin, Avropa Parlamentinin, eləcə də demokratik dövlətlərin tanıdığı beynəlxalq təşkilatdır.
GAMOH, beynəlxalq hüquq və prinsiplərə dayanaraq, Güney Azərbaycanın “öz müqəddəratını təin etmə” haqqının bərpası uğrunda mübarizə aparır. GAMOH, hər cürə zorakılığın əleyhinədir və dinc siyasi mübarizə metodlarına üstünlük verir.