خبر را در صفحه اصلی ببینید
خبر را چاپ کنید
13/07/18 00:20
شناسه خبر : 28

Nizamnamə

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)   Tüzük (Nizamnamə) Açılım: Güney Aərbaycan Milli Oyanış Hәrәkatı qısa adıyla GAMOH şəklindә tanınmaqdadır. Rəsmi Adı: Azərbaycan Türkcəsiylə: Güney Azərbaycan Milli Oyanış Hərəkatı; (GAMOH). Әrəb əlifbasıyla: (گاموح) yazılmaqdadır . İngilizcə: Southern Azerbaijan National Awakening Movement (SANAM). Farsca: حرکت بيدای ملی آذربايجان جنوبی GAMOH’un Mərkəzi Qərargahı Güney Azərbaycandadır, izləmi gizli […] ...

Güney Azərbaycan Milli Oyanış Hərəkatı

(GAMOH)

 Untitled_Image - Copy

Tüzük (Nizamnamə)

Açılım: Güney Aərbaycan Milli Oyanış Hәrәkatı qısa adıyla GAMOH şəklindә tanınmaqdadır.

Rəsmi Adı:

Azərbaycan Türkcəsiylə: Güney Azərbaycan Milli Oyanış Hərəkatı; (GAMOH).

Әrəb əlifbasıyla: (گاموح) yazılmaqdadır .

İngilizcə: Southern Azerbaijan National Awakening Movement (SANAM).

Farsca: حرکت بيدای ملی آذربايجان جنوبی

GAMOH’un Mərkəzi Qərargahı Güney Azərbaycandadır, izləmi gizli saxlanılır.

GAMOH’un möhrü, ştampı, blankı və armı vardır.

3.  Gənəl İlkələr:

3.1. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), Güney Azərbaycan Türklərinin milli özgürlüyü, demokratik yaşamı, Türk tarixi və kültürü dəyərləri əsasında maddi-mənəvi  gəlişməsi və rifahı uğrunda mubarizə aparan siyasi, ictimayi bir təşkilatdır.

3.2. GAMOH Təşkilatı, uluslararası normalar, prinsiplər və bu nizamnamə təməlində çalışmaqdadır.

3.3. GAMOH, Güney Azərbaycan Türk millətinin insan haqları, milli müqəddəratını bəlirləmə huququnun əldə etmə uğrunda mubarizədə Birləşmiş Millətlər Təşkilatının (BMT) uluslar arası anlaşma və insan haqlarına görə qəbul edilmiş bəyannaməsi əsasında çalışmaqdadır.

3.4. GAMOH, Güney Azərbaycan coğrafi sınırlarından kənarda yaranan bürolar və təmsilçilikləri uluslararası normalar və yerləşdikləri dövlətlərin qanunlarına uyğun şəklində çalışmaqdadlır.

3.5. GAMOH, demokrasiya, könüllülük, üyələrinin hüquq bərabərliyi, özidarəçilik və insan haqlarına sayğı prinsipləri təməlində yaranan təşkilatdır.

4 . Amaç və Görəvlər:

4.1. Tәmәl Amacı;

4.1.1. Azərbaycanın tarixi torpaqları üzərində və muhacirətdə yaşayan, Güney Azərbaycan Türklərini bir araya gətirmək, milli birliyini sağlamaq, onun çalışma yönünü “öz milli müqəddəratını təyin etmə” huququnun gərçəkləşməsi uğrunda mubarizəyə yönəltmək.

4.1.2. Güney Azərbaycan millətini, fars şovonizminə,dini faşizmə, rasismə, istismara, istibdada, ictimai-iqtisadi və kültürəl ədalətsizliyə, insan huquq ve azadlıqlarının pozulması, zorakılıq və terrorizmə qarşı mubarizəsini vahid cəbhədə birləşdirmək.

4.1.3- Güney Azərbaycanın milli, mədəni, kültürəl, ictimai, iqtisadi inkişafı üçün çalışmaq, vətənimizin birliyini, demokratikliyini və millətimizin əmniyyətini, ümumi rifahını təmin və təzmin etmək.

4.2. Teşkilatın Görəvi;

4.2.1. Güney Azərbaycan və Güney Azərbaycan coğrafiya sınırlarından kənarda çalışan fərdlər , quruplar, qurumlar və dərnəkləri vahid strukturda birləşdirmək.

4.2.2. Güney Azərbaycan milli çıxarlarını qorumaq və milli qurur yüksəlişinə nayil olmaq.

4.2.3. Azərbaycan Türkçülüyünə sevgi, çağdaşlıq və inanc özgürlüyünü milletimizin bütün təbəqələri arasında ən əsas düşüncə və çalışma amacına çevirmək və teorilərini gərçəkləşdirmək.

4.2.4. Öz ideallarını təbliğ etmək amaci ilə kütləvi tədbirlər keçirmək, yazılı, səsli və görüntülü vasitələr təşkil etmək.

4.2.5. GAMOH öz olanaqları ile, durumdan asılı olaraq açıq və ya gizli nəşriyyələr, müəssisələr və fondlar yarada bilər.

5. Mali Gəlirlər:

5.1. Üyəlik haqlarından.

5.2. Könüllü təqdim olunan hədiyyələr və yardımlardan.

5.3. Ayaratdığı qurumların fəaliyyətindən əldə olunan gəlirlərdən.

5.4. Beynəlxalq qanunların qadağa qoymadığı iqtisadi fəaliyyətlərdən.

6. Üyəlik:

6.1. GAMOH’da üyəlik, bireysəl ve toplusaldır.

6.2. GAMOH teşkilatının əsasname ve nizamnaməni qəbul edən hər bir Güney  Azərbaycanlı dinindən, cinsindən, vətəndaşlığından asılı olmayaraq GAMOH’da üyə ola biler.

6.3. GAMOH’un amac və məramını qəbul edən, GAMOH ilə yaxın ideallar və prinsiplər uğrunda çalışan hər bir qurum GAMOH’a kollektiv-toplusal şəkildə üyə ola  bilər.

6.4. Bireysəl və toplusal üyəlik GAMOH yönetim qurulu  adına  yazılmış  diləkçə  əsasında  Güney Azərbaycanın şəhər Komitələri, Kənd və Məhəllə  şöbələrində, Komitə və şöbə üyələrinin birinin tanıtımı ilə dışarıda yerləşən təmsilçiliklər, bürolar və başqa uyğun qurumlarda isə o qurumlarda təmsil olunan üyələrin birinin tanıtımı ilə gərçəkləşir.

6.5. Üyəliyə qəbul, yönetim qurlunun  səs çoxluğu ilə gərçəkləşir.

6.6. GAMOH üyəliyindən ayrılmaq istəyən şəxs ,GAMOH yönetim quruluna istifa diləkçəsini sunmalıdır.

7. Üyəlәrinin Haqları:

7.1. Hər bir üyə seçmə və seçilmə haqqına sahibdir.

7.2. Hər bir üyə təşkilata yeni üyə və ya üyələr önərə bilər.

7.3. Hər bir üyə yeni önəri və projələr təşkilata suna bilər.

7.4. Yönətim orqanlarına seçilmək  istəyən hər bir  üyə ən azi 2 il müddətində ara vermədən GAMOH  təşkilatı nizamnamesinə  uyğun fəaliyətdə olmalıdır .

8. Üyəlәrin Görəvləri:

8.1. GAMOH’un nizamnaməsi və iç ainnamələrinə əmel etmək və onun ideallarının yayılmasına və gərçəkləşməsinə çalışmaq.

8.2. GAMOH’un geçirdiyi girişimlərə qatılmaq.

8.3. GAMOH’u  məramnamə və nizamnaməyə uyğun göstərişlərini yerinə yetirmək.

8.4. Özbaşınalıqdan, GAMOH üyəsinin adına, GAMOH’un prinsipləri, məram,

amaclarına və perestijinə zərər vura biləcək işlərdən, ifadələrdən çəkinib, uzaq durmaq.

8.5. Güvənlik və bilgi güvənliyini qorumaq.

8.6. Üyəlik haqqını ödəmək.

9. Uyarı Tədbirlər:

9.1. GAMOH’un məramnamə və nizamnamə və iç ainnamələrini pozan GAMOH üyəsinə qarşı aşağıdakı girişimlər yapılır;

9.1.1. Xəbərdarlıq və uyarmaq.

9.1.2. Tutduğu görəvindən uzaqlaşdırmaq.

9.1.3. GAMOH sıralarından dışlanmaq.

10. Tәmsilciliklәr:

10. GAMOH’un iç və dış təmsilcilikləri:

10.1. GAMOH’un iç və dış təmsilciliklərinin yaradılması yönetim qurulu terefinden təin edilmiş görəvli şəxslər seçilir və başqanın   onayına sunulur.

10.2. GAMOH’un iç və dış təmsilcilikləri əsasnamə, nizamnamə və yönetim qurulu qerarları doğrultusunda yönətilir.

10.3. Güney Azərbaycan Bozqurdları GAMOH’un icrari qollarından biridir və Yönətim Qurulu gözətimində çalışır.

11. Yönətim Orqanları:

11.1. GAMOH’un yönətim orqanları GAMOH məramnamə, nizamnamə və iç ayinnamələri əsasında çalişırlar.

11.2. GAMOH’un yönətim orqanları bunlardan ibarətdir.

11.2.1. Qurultay;

11.2.1.1. GAMOH’un yüksək orqanı, 2 ildə bir dəfə keçirilən Qurultay  və ya Qurultay yetkili Konfransdır.

11.2.1.2. Qurultay üyələrin üçde ikisinin qatılımıyla gərçəkləşir.

11.2.1.3. Qurultay GAMOH’un Nizamnaməsində aparılan dəyişikliklər, düzəlişlər və artırmaları qəbul və ya rədd edir.

11.2.1.4. Qurultay, yönətim qurulunun üyələrini seçir.

11.2.1.5. Qurultay, GAMOH başqanını seçir, istifasını qəbul və ya rədd edir, ve gerekirse görəvdən alır.

11.2.1.6. Olağanüstü Qurultay GAMOH  başqanı istəyi , yönətim qurulu üyələrinin uçdə ikisi ve ya ilə gərçəkləşir.

11.2.2. Yönətim Qurulu:

11.2.2.1- Yönətim Qurulu GAMOH üyələrinin arasından 2 il müdətinə qurultay tərəfindən seçilir.

11.2.2.2. Qurultayın müstəsna yetgilərindən başqa GAMOH’un çalışmaları ilə bağlı bütün məsələləri muzakirə edir və gərəkən qərarları qəbul edir.

11.2.2.3. GAMOH’un gənəl siyasətləri, uzun və qısa

müdətli proqramları, örgüt adına siyasi bəyanatı, GAMOH örgütünün çartı və örgütun iç ayinnaməlerini tənzimləyir.

11.2.2.4. Yönətim qurulu , GAMOH başqanın görəvdən ayrılma qərarını qurultaya sunur.

11.2.2.5. yönetim qurulu Bütün qərarlarını onaylanmaq üçün GAMOH başqanına təqdim edir.

11.2.2.6. Başqan alınan qərarları bir həftə içərisində onaylayıb və ya rəd edəbilər.

11.2.2.7. başqanın onaylamadığı qərarlar yönətim qurulunda 2 dəfə  onaylanırsa yürürlüyə girəbilər.

11.2.2.8. Yönətim qurulu dənətim və soruşdurma komitəsinin sorumlusunu seçir ,başqanın onayına sunur və hesabatını dinləyır .

11.2.2.9. Yönətim qurulu  Bütün görəvli şəxslərin istifasını başqanın onayından sonara qəbul ya rəd edir.

11.2.2.10. Yönətim qurulu hər nədənə görə çoxunluqdan düşərsə GAMOH başqanı, Yönətim qurulu  görəvin daşıyır və bir ay müdətində qurultayın keçirilməsinə şərayit yaradır.

11.2.2.11. Yönətim qurulu  GAMOH Təşkilatı komisiyonları və sitələr sorumluların seçir.

11.2.2.12.Yönətim quruluna aday olmaq istəyən hər bir üyə ən azı 2 il GAMOH təşkilatinada aktiv faal olmalıdır.

11.2.3. Başqan;

11.2.3.1- GAMOH başqanı GAMOH üyələri arasından Qurultayın səs çoxunluğu ilə  4 il müddetinə seçilir.

11.2.3.2. Başqan ,örgütün çalışmalarına,GAMOH’un məramnamə və nizamnaməsi əsasında gənəl yönəticilik edər.

11.2.3.3. Başqan, GAMOH başqanı adına bildirilər verir və uluslararası çapında təşkilatı təmsil edir.

11.2.3.4. Başqanın GAMOH adına imzaladığı anlaşmalar və protokollar geçərlidir.

11.2.3.5. Başqan, eyni halda  yönətim qurulunda  üyəlik görəvini daşıya bilməz.

11.2.3.6. Başqan hər nədənə görə görəvini yerinə yetirə bilmirsə Yönətim qurulu müvəqqəti olaraq başqanlıq görəvini daşıyır və bir ay müdətində yeni başqanın seçilməsinə şərait yaradır .

11.2.3.7. GAMOH başqanı  özünə  gənəl başqan yardımcı , yardımcılar və muşavirlər seçəbilər .

12. Dənətim və Soruşdurma Komitəsi:

12.1. Denətim və soruşturma komitəsi GAMOH Nizamnaməsinin uyqulanmasına, maliyə məsələlərinə denətim, örgüt və onun üyə güvənliyini qorumaq amaci ilə yaranan komitədir .

12.2. Denətim və soruşdurma komitəsinin üyələri yönətim qurulu tərəfindən səs çoğunluğ ilə seçilir ve başqanının onayına sunulur.

12.3. Dənətim və soruşdurma komitəsi öz çalışmalarına görə yönətimə hesabat və GAMOH başqanına bilgi verir.

12.5. Dənətim və soruşdurma komitəsinin  qerarları və çalışma programlari Yönətim qurulu  tərəfindən onaylanıb və rəd edilə bilər.

13. Tәşkilatın Ləğv Edilməsi : 13.1. GAMOH’un ləğv edilməsi haqqında qərar, yetkili qurultayda səs çoxluğu ilə qəbul edilir .