خبر را در صفحه اصلی ببینید
خبر را چاپ کنید
17/11/15 22:51
شناسه خبر : 1091

(GAMOH)-un Yönətim Qurulunun Qərarı

 GAMOH yönətim qurulunun olağan üstü toplantısında aşağadakı qərarlar alınmışdır ...

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)-un Yönətim Qurulunun Qərarı:

Bildiyiniz kimi, Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), Güney Azərbaycan milli hərəkatının ana təşkilatı olaraq illər boyudur millətimizin qurtuluşu və azadlığı uğrunda fəaliyyət göstərmiş bir təşkilatdır.

Nə yazıq ki, keçmiş mübarizə illərimizdə, bir çox üyəmiz, həm İran rejimi həm də qardaş sandığımız ölkələrin əmniyyəti qüvvələri tərəfindən çeşidli basqılar və təziqlərə o cümlədən bir iddənin şəhadəti, həbsi, işkəncə və hədə-qorxularına məruz qalmışlardır.

Son illərdə təşkilatımızın Gənəl Başqan Yardımcısının (Şəhid Əmani) şəhadəti, toplu olaraq GAMOH Mərkəzi Komitəsinin Güneydə tutuqlanması, acımasız şəkildə işkəncə görmələri və uzun müddətli həbslərə məhkum edilmələri, bu təziqlərin açıq örnəyi olmuşdur!

Bu və buna bənzər nədənlərə görə, GAMOH yönətim qurulunun olağan üstü toplantısında aşağadakı qərarlar alınmışdır:

1- Bu gün etibarilə (13.02.2015) GAMOH təşkilatı üyələri gizli və sekret olaraq mübarizə və mücadilələrini davam etdirəcəkdir.

2- Beləliklə GAMOH təşkilatinin gizlilik sürəcinə girdiyindən dolayı bu gün etibarilə GAMOH təşkilatını yalnız və yalnız aşağıda adları yazılan şəxslər təmsil edə biləcəklər.

3- Bu gün etibarilə canımız qədər sevdiyimiz və dəyər verdiyimiz üyələrimizi bağrımıza basaraq və çəkdikləri zəhmətlərindən dolayı təqdir və təşəkkür edərək, açıq üyəlik pozusyonlarının sona ərməsini bildiririk.

4- Bu gün etibarilə GAMOH-da açıq üyəlik və ya GAMOH-dan ayrılma prosesi sona ərmişdir. (GAMOH üyələrinin rəsmi üyəlik pozusyonunun sona ərməsindən dolayı bütün təşkilat üyələri müstəfi sayılaraq, istefa və yaxud ayrılmaq üçün heç bir eyləmə (əməl və ya əməliyata) ehtiyac qalmamışdır.)

5- GAMOH təşkilatının bu gün etibarilə müstəfi sayılan üyələri istərlərsə GAMOH-un rəsmi üyəsi deyil, bəlkə səmpat, yandaş vəya tərəfdar kimi təşkilat məsulları ilə ilgi, ilişgi, işbirliyi və əlaqədə ola bilərlər.

Əsir millətimizin özgürlüyü və işğalda olan yurdumuzun azadlığı diləyi ilə…

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) – Yönətim Qurulu

GAMOH Yönətim Qurulu Üyələri:

1- Doktor Alireza Abdollahi (Elyar Yurdqanlı) – rəsmi üyə və gənəl başqan yardımcısı

2- Jafar Paştu (Ağrı Qaradağlı) – rəsmi üyə

3- Bulut Şukri (Ələmdar) – rəsmi üyə

4- Doktor Majid Makouizad (Elyar Makuyi) – rəsmi üyə

5- Ramin Abdollahzadeh – rəsmi üyə

6- Arsalan Chehrgani(AlpArslan Çehreganlı) – rəsmi üyə

7- Said Khatare – rəsmi üyə

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)-un Gənəl Başqanı:

Doktor Mahmudəli (Çağrı) Çöhrəqanlı