خبر را در صفحه اصلی ببینید
خبر را چاپ کنید
17/01/25 03:15
شناسه خبر : 610

GAMOH-dan Amerikanın Yeni Seçilmiş Prezidentinə Muraciət

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Amerikanın yeni seçilmiş prezidenti Donald J. Trump’a muraciətdə onun yeni görəvini təbrik edərək Güney Azərbaycan Türkləri haqda çağrıda bulundu. İran rejiminin basqıları sonucu ən ilkin insani haqlarından məhrum buraxılan Güney Azərbaycan Türk milləti, və bu haqlara qanuni və insani yollarla əl tapmaya çalışan milli aktivistlərin içində bulunduğu tutuqlanma, həbs, […] ...

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Amerikanın yeni seçilmiş prezidenti Donald J. Trump’a muraciətdə onun yeni görəvini təbrik edərək Güney Azərbaycan Türkləri haqda çağrıda bulundu.

İran rejiminin basqıları sonucu ən ilkin insani haqlarından məhrum buraxılan Güney Azərbaycan Türk milləti, və bu haqlara qanuni və insani yollarla əl tapmaya çalışan milli aktivistlərin içində bulunduğu tutuqlanma, həbs, işkəncə, və aclıq aksiyaları ilə dolu antidemokratik atmosferdən məktubda yer verildi.

Donald Trump’a yazılan bu çağrıda İran rejiminin rasist və şovinist bir hakimiyyət olub İranda yaşayan qeyri-Fars etniklərin toplumsal şəkilədə insan haqları pozqunluğu və çeynənməsinə məruz buraxıldığı vurqulanır.

Son bölümdə isə yeni seçilmiş Amerikan prezidentinə bütün bu gərçəkləri göz önünə alaraq uyqun İran-Amerika ilişgi və siyasət seçməsi önərilibdir.

Məktubun orijinal İngilizcə halı PDF:

Letter to Mr. Trump

Məktubun Azərbaycan Türkcəsi formatı PDF:

Donald Trumpa Muraciət